Masallıda korrupsiya qalmaqalı
Nazirlə icra başçısı arasında gizli anlaşmanı təşkil edən müavin kimdir?
Nazirliynin Masallı rayon təhsil şöbəsində aparılan yoxlama zamanı
külli miqdarda yeyinti aşkarlanıb. Qalmaqalı ört-basdır etmək üçün
məsələyə Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov nazirə
zəng edib.
barədə Masallıdan daxil olan məlumatda bildirilir ki, Masallı rayon
təhsil şöbəsində Təhsil Nazirliynin apardığı daxili audit zamanı rayon
təhsilində bir çox nöqsanlar aşkarlandığı kimi, həmçinin böyük
korrupsiya faktları da aşkarlanıb. Aşkarlanan nöqsanlarla həm Masallı
təhsil şöbəsinin müdiri Astan İbişov, həm də rayon maliyyə idarəsinin
müdiri Azər Zeynalov çətin vəziyyətə düşüb. Qalmaqalı ört-basdır etmək
üçün onlar icra başçısna müraciət etməyə məcbur olublar. Çünki baş verən
mənimsəmənin əsas şəriklərindən biri başçı Rafil Hüseynov olub.
ollan məlumatda bildirilir ki, Rafil Hüseynov məsələ ilə bağlı təhsil
naziri Mikayıl Cabbarova telefon açsa da, nazir onun telefonunu açmayıb.
Bundan sonra başçı nazirə yaxın olan müavinlərin biri əlaqə saxlayıb.
Uzun sürən danışıqlardan sonra Rafil Hüseynov gözlənilən qalmaqalı
yoluna qoymağa nail olub.
ki, daxil olan məlumatda iddia olunur ki, əldə olunan razılaşmaya
əsasən mənimsənilən məbləğin təqribən yarısı yoxlama aparanlara
çatdırılıb. Həmçinin icra başçısı nazirin adı çəkilməyən müavininə hər
ay razılaşdırılmış məbləğdə “haqq” verməyə razı olub.
bildirir ki, mənimsəmələr əsasən kənd məktəblərinin təmiri, həmçinin
müxtəlif avadanlıqların alınması və dərs saatlarının artırılması adı
altında baş verib. Bütün mənimsəmələr isə Rafil Hüseynov, Azər Zeynalov
və Astan İbişovun əlbir fəaliyəti ilə həyata keçirilib.
edək ki, Masallı rayon maliyyə şöbəsinin müdiri Azər Zeynalov və rayon
təhsil şöbəsinin müdiri Astan İbişov yaxın qohumdurlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=9933