Azərbaycanda daha bir körpə ölümü
19-da 1990-cı il təvəllüdlü Aynur Səfərova doğuş üçün xəstəxanaya
yerləşdirilib. Atası Fikrət Səfərovun sözlərinə görə, yarımçıq doğulan
əkizlər üçün xəstəxanada küveyz olmayıb: “Nəhayət, küveyz tapıldıqdan
sonra onu işlədə bilən həkimin Bərdədə olduğunu bildirdilər. Bərdədən
həkimi də gətizdirdik. Gördük ki, burada problem olur, təklif etdik ki,
ya Bakıya, ya da Gəncəyə aparmağa göstəriş versinlər. Dedilər ki, bizim
buna ixtiyarımız yoxdur”.
görə, daha sonra Bakıya aparmaq üçün uşaqları atasına veriblər: “Lakin
bunun üçün hansısa təcili yardım avtomobili verilməyib. Əkizləri taksi
ilə Bərdəyə, orada da həkim qəbul etmədiyi üçün Bakıya gətiriblər.
Uşağın biri yolda dünyasını dəyişib. Bakıdakı həkimlər bildirdilər ki,
əgər uşaqlar vaxtında Bakıya çatdırılsaydı, ölüm faktı baş verməzdi”.
Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Gülnar Abbasova isə
açıqlamasında bildirib ki, Aynur Səfərovanın ailəsi məcburən, həkimlərin
icazəsi olmadan uşaqları xəstəxanadan çıxarıb: “1 kq və 1 kq 200 qram
çəkidə doğulan uşaqlar idi. Yarımçıq doğuş idi. Onların yaşamaq şansı
çox az idi. Ona görə də o uşaqların nə Bərdəyə, nə də Bakıya
aparılmasına icazə vermirdik. Bizim xəstəxanada küveyz var. Uşağın ikisi
də küveyzə qoyulmuşdu. Lakin uşaqların qohumları təkid edirdi ki,
uşaqları Bərdəyə aparırıq”.
ki, A.Səfərova hamiləliyi dövründə onların xəstəxanasında müalicədə
olunmayıb: “Aynur Səfərova bizim xəstəxananın ərazisində yaşasa da, 7
ayına qədər Bərdədə müalicə olunub. Buna baxmayaraq, xəstəxanaya
gətiriləndə biz onu qəbul etdik, gec saatlarda olmasına baxmayaraq,
həkimi Tərtərdən geri qaytardım. Ana xəstəxanaya ağrıları başlamış
vəziyyətdə gətirilmişdi. Biz ona sevindik ki, əsas ana xilas oldu. Çünki
çox çətin vəziyyətdə idi. Doğuşdan iki gün əvvəl ana qarpızdan
zəhərlənmişdi. Ola bilər ki, ana zəhərləndiyi üçün də erkən doğuş
olub”.(apa)
Short URL: http://www.cumhuriyyet.net/?p=9935