Nadir Qafarzadənin 100 minlik maşını cərimə meydançasına aparılıb

21.07.2014 - 18:58

Binəqədidə maraqlı hadisə baş verib. Cumhuriyyet.az aznews.az-a istinadən xəbər verir ki, qəsəbə sakini (Ad və soyad bəlli
olsa da, müəyyən səbəblərdən adını yazmırıq – red.) Binəqədi Rayon Polis
İdarəsinə müraciət edərək, 10 gündür, evinin qarşısında tanımadığı
avtomobilin saxlanıldığını və buna görə də həyətinə girə bilmədiyini
deyib.

Şikayətdən sonra idarənin 7-ci Polis Bölməsinin
əməkdaşları həmin ünvana gəliblər. Məlum olub ki, doğrudan da 90 BS 777
nömrə nişanlı “LEXSUS – 570” markalı avtomobil şikayətçinin həyət
qapısının önündə saxlanılıb.

Bundan sonra avtomobil evakuatorla idarənin cərimə meydançasına aparılıb və onun sahibinin kimliyi müəyyənləşdirilib.

Məlum olub ki, avtomobil tanınmış müğənni Nadir Qafarzadəyə məxsusdur.

Bundan sonra müğənnin axtarışına başlanılıb. O, xaricdə olduğuna görə, prodüseri Musa polis bölməsinə çağırılıb.

Xəbərə görə, prodüser polislərlə anlaşıb və N. Qafarzadənin özü olmadan, avtomobili cərimə meydançasından çıxarmaq mümkün olub.

Binəqədi polisindən İdarəyə qeyd olunan şikayətin edilməsini təsdiqiləyiblər. Amma müğənnin prodüseri

AzNews.az-a
açıqlamasında xəbərin həqiqətə uyğun olmadığını deyib: “Nadir
Qafarzadənin maşını ustadadır. Özü də Azərbaycanda deyil, Türkiyədədir.
Bu yalan söhbətdir. Ola bilər ki, kiminsə maşını olub. Bu təxribatdır,
amma biz bu məsələdə yoxuq”.

Qeyd edək ki, müğənninin avtomobilinin qiyməti 100 min manatdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=9936

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31