Qobustan Həbsxanasının rəisi dəyişdirilib

21.07.2014 - 22:32

Ədliyyə Nazirliyi Penitensiar xidmətdə yeni təyinatlar olub.

 
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata
görə, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə
general-leytenantı Mədət Quliyevin əmri ilə Penitensiar xidmətin
Qobustan Həbsxanasının rəisi vəzifəsinin müvəqqəti icrası ədliyyə
polkovniki Fikrət Qafarova, 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi
vəzifəsinin müvəqqəti icrası ədliyyə polkovnik-leytenantı Rövşən
Niyazova həvalə edilib. 
Qobustan Həbsxanasının rəisi, ədliyyə polkovniki Şahin Osmanov
ədliyyə orqanlarında qulluq keçmə yaş həddi ilə əlaqədar olaraq təqaüdə
göndərilib. 
R. Niyazov bundan əvvəl 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini vəzifəsində işləyib.  

Short URL: http://www.cumhuriyyet.net/?p=9945

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31