Təfəkkür Universiteti yazılanlara cavab verdi

18.09.2017 - 13:09

Sizin 16.09.2017-ci il tarixində dərc etdiyiniz Təhsil Nazirliyinin əməkdaşının adından müsahibəyə cavab olaraq aşağıdakıları Sizin və oxucuların nəzərinə çatdırmağı vacib bilirik.  Saytınızda bizim universitetlə bağlı əvvəllər dərc olunan yazılara cavab olaraq bildirmişdik ki, Təfəkkür universitetinin fəaliyyətinin dayandırılması barədə Təsisçilər Şurasının heç bir qərarı olmamışdır. Təsisçilərdən birinin isə universitetin fəaliyyəti barədə müraciətinin heç bir hüquqi əsası yoxdur. Universitetin yeni təsisçiləri bu barədə dəfələrlə aidiyyəti orqanlara, o cümlədən Təhsil Nazirliyinə də bildirmiş və kollektivin arzusunu və xahişini nəzərə alaraq universitetin fəaliyyətinin davam etdirilməsinə qərar vermiş və müvafiq vəsadət qaldırmışlar. Nəzərinizə çatdırırıq ki, Təhsil Nazirliyi tərəfindən verilmiş universitetin hüquqi fəaliyyətinə əsas verən sənədin (Lisenziya) müddəti 2020-ci ilin aprelinə qədərdir və hal-hazırda da qüvvədədir.

Universitetin akkreditasiya müddətinin bitməsinə gəldikdə isə bu məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin akkreditasiya ilə bağlı 28.09.2010-cu il tarixli 167 saylı qərarına riayət olunmaqla həyata keçirilməlidir, yəni təkrar akkreditasiya mütləq təyin olunmalıdır. Məlumat üçün bildiririk ki, təkrar akkreditasiyanın keçirilməməsinə universitet məsuliyyət daşımır və bunun bizdə oxuyan tələbələrə heç bir aidiyyatı yoxdur. Cünki, universitetdə hal-hazırda təhsil alan tələbələr Dövlət İmtahan Mərkəzi tərəfindən universitetə qəbul edildikləri vaxt, universitetin akkreditasiya sertifikatının müddəti qüvvədə olmuşdur. Ona görə Təfəkkür universitetində oxuyan tələbələrə diplom verilməyəcək fikri – əsassızdır. Nəzərə almaq lazımdır ki, müsahibəni tək tələbə və valideynləri yox, təhsili yaxşı bilən insanlarda oxuyurlar.

Tələbələrimizin digər ali məktəblərə köçürülməsinə gəldikdə isə, məlumatda bizim 190 tələbənin başqa universitetlərə köçürülməsi göstərilir. Bu tələbələrdən heç biri köçürülmə ilə bağlı universitetdən sənəd  almadığından bu sayı Sizdən eşidirik. Halbu ki, Təhsil Nazirliyinin tələbələrin digər təhsil müəssisələrinə köçürülmələri ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli 9 saylı qərarı  ilə, Təhsil Nazirliyinin 24 iyul 2017-ci il tarixli 212 saylı əmri ilə təsdiq olunmuş qaydaların 2.6 bəndinə əsasən tələbə Təhsil Nazirliyinə elektron ərizə ilə müraciət edərkən, təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri özündə əks etdirən sənəd – akademik transkripti, universitetə qəbul olunarkən topladığı bal , təhsil haqqı borcunun olmaması və s. kimi sənədlər təqdim etməklə, ərizəsi qəbul edilməlidir. Köçürülmələrlə bağlı  Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuş qaydaların 2.7 bəndində qeyd edilir ki, tələbə tərəfindən təqdim olunan yuxarıda göstərilən sənədlər Təhsil Nazirliyində yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. Bu belədirsə, onda 190 nəfər tələbə universitetdən heç bir sənəd götürüb Nazirliyə təqdim etmədiyi halda, hansı əsasla başqa universitetlərə köçürülür?

Hesab edirik ki, Nazirlik əmrdə yuxarıda qeyd olunan tələblərin kim tərəfindən pozulduğunu araşdırıb, müvafiq tədbir görəcəkdir. Nazirliyin köçürülmələrlə bağlı təsdiq etdiyi qaydaların 1.4 bəndində konkret olaraq qeyd olunur ki, tələbənin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi qış və yay tətili dövründə həyata keçirilir. Müsahibədə isə qeyd olunur ki, Təfəkkür universitetinin tələbələrinin köçürülməsinə əlavə vaxt verilir. Nə səbəbdən?

Qeyd olunanların hamısı məqsədyönlü şəkildə Nazirliyin bəzi əməkdaşlarının apardığı işlərdir ki, tələbə və valideynlər caşqınlığa düşərək, başqa universitetlərə keçsinlər. “Təfəkkür universiteti bağlanıb, və ya bağlanır, sizə diplom verilməyəcək, tez saytımıza müraciət edin, başqa heç bir sənəd istəmirik, ərizə kifayətdir və s.”  Bu yazılar onlarla tələbələrimizin bizə ərizə ilə müraciətlərindən götürülüb. Onlar başqa universitetlərə keçmək istəmirlər, lakin aparılan  təbliğat tələbələri və valideynləri çaşqınlığa salıbdır. Qeyd olunanlarla bağlı nazirliyin bəzi əməkdaşlarının hərəkətləri barədə biz 11.08.2017-ci ildə Təhsil Nazirliyinə və 17.08.2017-ci ildə Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə müraciət etmişik.

Bir vacib məsələyədə toxunmaq istərdik. Məlumatımızın əvvəlində qeyd etdiyimiz kimi keçmiş təsisçilərdən birinin universitetin fəaliyyətinin dayandırılması ilə əlaqədar Təhsil Nazirliyinə göndərilən heç bir hüquqi əsası olmayan məktubuna əsasən nazirlik universitetin fəaliyyətinin dayandırılması,  təkrar akkreditasiyadan keçirilməməsi, tələbələrin digər ali məktəblərə köçürülməsi və s. məsələlər barədə verdiyi 15.11.2016-cı il tarixli 724 saylı və 12.01.2017-ci il tarixli 16 saylı əmrlərin icrası 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 21 iyul 2017-ci il tarixli Qərardadı ilə dayandırılmışdır və bu Qərardad Bakı Şəhər Apellyasiya Məhkəməsinin 14.09.2017-ci il tarixli Qərardadı ilə qüvvədə saxlanılmışdır. Bununla əlaqədar hal-hazırda tələbələrimizin digər ali təhsil müəssisələrinə köçürülmələri qanunsuzdur. Bütün hallarda məhkəmənin qərarlarına hörmətlə yanaşılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən Məhkəmələrin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası hamı üçün mütləqdir və məcburidir.

 

Müraciəti universitetin 146 nəfər əməkdaşı imzaladı.

 

Mətbuat Xidməti

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=99475

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930