Nəhəng heroin əməliyyatının yeni gizlinləri
“Əgər narkotiklərin aşkara
çıxarılmasında Azərbaycan tərəfi iştirak etsəydi, onda sizin ölkənin güc
nazirlikləri niyə susur? Bu bəyanat olmadığı üçün, belə bir qənaətə
gəlmək olar: ya maşında ümumiyyətlə, narkotik olmayıb, ya da Azərbaycan
bu əməliyyatda iştirak etməyib. Daha bir sual da var: əgər Azərbaycanın
güc strukturlarının bu partiyadan xəbəri vardısa, onda heroini özləri
niyə saxlamayıblar?”
tutulması barədə məlumat hələ də medianın gündəmindədir. Məsələ ilə bağlı bizimyol.info-nun araşdırmasının diqqət cəlb etdiyini nəzərə alaraq yazını təqdim edirik: “Gürcüstanın daxili işlər naziri
Aleksandr Çikaidze bildirmişdi ki, Əfqanıstanda istehsal olunan heroin
İran-Azərbaycan-Gürcüstan marşrutu ilə Avropaya çatdırılmalı idi.
Bununla yanaşı Çikaidze vurğulamışdı ki, heroin partiyasının
Azərbaycandan maneəsiz keçirilməsi operativ əməliyyat tədbirləri
çərçivəsində baş tutan bir addım idi.
müddət əvvəl hökumətin ölkənin vergi sisteminin formalaşmasına nəzarət
edən Gürcüstan Maliyyə Nazirliyinin Vergilər Departamentinin rəsmi
saytında sensasiya hesab edilə biləcək bir məlumat yayıldı. Məlumatda
bildirilirdi ki, Azərbaycan ərazisindən narkotiklərin tranziti barədə
yayılan xəbərlər dezinformasiyadan başqa bir şey deyil. Vergilər
Departamentinin yaydığı xəbərdə qeyd edilirdi ki, iyulun 11-də Gürcüstan
polisi sərhəddə Türkiyəyə keçirilməsi planlaşdırılan iri maye-heroin
aşkar edib. Narkotikləri maye-sabun üçün nəzərdə tutulan 30 litrlik
konteynerlərdə qablaşdırıblar. Tutulan ümumi məhsulun həcmi 2,79 tondur.
barədə Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi bəyanatı da oldu:
“Belə iri həcmli narkotik partiyasının tutulması, Gürcüstan üçün ilk
haldır. Ekspert-kriminalistlər qrupunun ilkin rəyinə görə, saxlanılan
narkotik məhlulun 80 faizi təmiz heroindir. Konfiskasiya olunan
narkotiklərin bazar qiyməti 100 milyonlarla dollar dəyərləndirilir. Fakt
əsasında cinayət işi başlanılıb və iki Gürcüstan vətəndaşı
saxlanılıb”.
narkotiklərlə dolu yük maşını Gürcüstan ərazisinə əvvəlcə mətbuatın qeyd
etdiyi kimi, Azərbaycandan deyil, Ermənistandan keçirilirmiş. Oradan
yük Türkiyə vasitəsi ilə Avropaya çıxarılacaqmış. Amma bir gün sonra
Vergilər Departamenti buraxılan bu səhvi aradan qaldırdı. Eyni mətnin
gürcü dilində olan hissəsində heroinin Azərbaycandan, ingilis
versiyasında isə Ermənistandan gəldiyi qeyd edilirdi.
zaman bəzi azərbaycanlı ekspertlər bildirdilər ki, əməliyyat
hüquq-mühafizə orqanlarının nəzarətində keçirilib, heroinin
Azərbaycandan keçirilməsi Gürcüstan və Azərbaycan əməliyyatçılarının
birgə tədbiri olub. Amma Azərbaycanın hüquq-mühafizə orqanları bu
əməliyyat barədə ətraflı məlumat verməyib, ayrı-ayrı qurumlar isə yaxşı
halda onlarda belə bir məlumatın olmadığını söyləyirdilər.
şəbəkələrin aktiv iştirakçıları isə bildirirlər ki, hər iki ölkənin
hüquq-mühafizə orqanlarına veriləcək suallar açıq olaraq qalır. Biz isə
“Bizim Yol” olaraq, məsələni daha ətraflı araşdırmağa və bəzi sual
doğuran mətləblərin üzərinə işıq salmağa çalışdıq.
Gürcüstan DİN elan edir ki, iri həcmli narkotik partiyası tutulub. Bu
fakt mətbuat vasitəsi ilə geniş işıqlandırılır, amma birdən-birə
məlumatların arası kəsilir. Bəzi saytlar yazır ki, bu, Azərbaycan və
Gürcüstan hüquq-mühafizə orqanlarının birgə əməliyyatı idi. Elə bu
məsələ də anlaşılmaz olaraq qalır. Əgər bu əməliyyat birgə
keçirilmişdisə, onda Azərbaycan Daxili İşlər Nazirliyinin bəyanatı da
olmalı idi. Belə bir bəyanat isə, bildiyimiz kimi, mövcud deyil. Özünüz
düşünün: deyilənə görə, bu əməliyyat Gürcüstan hüquq-mühafizə
orqanlarının tarixində həcminə görə yeganə əməliyyat olub”.
fikirləri “Bizim Yol” əməkdaşı ilə söhbətində “Azad zona” İctimai
Birliyinin idarə heyətinin sədri Gela Vasadze bildirdi. Onun sözlərinə
görə, əməliyyatdan bir neçə saat sonra bütün sosial şəbəkələr bu
əməliyyatın həqiqətə uyğun olmamasını əks etdirən xəbərlərlə dolu idi.
İnsanlar hesab edirdilər ki, hamıya göstərilən konteynerlərdə
heroin-filan olmayıb. G.Vasadze deyir ki, bu məlumatların mənbəyi də
müxtəlif idi. Məlumatı yayanlar DİN-dəki mənbələrinə istinad etsə də,
Gürcüstan Daxili İşlər Nazirliyi susqunluğunu saxlayırdı. Bəzi
məlumatlara görə, heroin Azərbaycan ərazisindən keçib və maşında nə
olduğunu Gürcüstandakı kolleqalarına məhz azərbaycanlılar xəbər verib.
belədirsə, onda belə bir sula yaranır: narkotikin tutulması Gürcüstan
DİN-in xidmətidir, ya Azərbaycanın köməyi? Əgər narkotiklərin aşkara
çıxarılmasında Azərbaycan tərəfi iştirak etsəydi, onda sizin ölkənin güc
nazirlikləri niyə susur? Bu bəyanat olmadığı üçün, belə bir qənaətə
gəlmək olar: ya maşında ümumiyyətlə, narkotik olmayıb, ya da Azərbaycan
bu əməliyyatda iştirak etməyib. Daha bir sual da var: əgər Azərbaycanın
güc strukturlarının bu partiyadan xəbəri vardısa, onda heroini özləri
niyə saxlamayıblar? Görünür, bunun Azərbaycanın və Gürcüstanın birgə
əməliyyatı olduğu haqda deyilənlər əsaslıdır”, -deyə Vasadze bildirdi.
görəsən tutulan heroinin tərkibində ratsemetorfanın (metorfan) həcmi nə
qədər idi? Demək olar ki, heroin partiyasının tutulmasından danışan
insanlar, məhlulun tərkibində məhz bu narkotikin varlığından
danışırdılar. Kimyaçı ekspertlər anlaya bilmirlər ki, niyə mal yiyələri
narkotik məhlulu məhz əlavə narkotiklə qüvvətləndiriblər? Belə bir
partiyanın hazırlanması asandır: suda həll edilmiş heroin iysiz,
dadsızdır, heç bir şübhə yaratmır, odur ki, daşınması da asan olur.
Məncə, bu məsələnin bir izahı var: narkotikləri Avropaya aparırlarmış.
Orada isə keyfiyyətsiz malı ayırd edə bilirlər. Odur ki, tədarükçü
məhlula əlavə qüvvətləndirici narkotik qatıb”.
açıqlamanı isə istefada olan polkovnik, Orta Asiya Narkosiyasət
Mərkəzinin direktoru Aleksandr Zinçenkodan aldıq. Məsələ ilə əlaqədar
polkovnikin daha bir neçə sualı var. Onun fikrincə, maye heroin
Azərbaycana İrandan gələ bilərdi. Ekspert onu da qeyd etdi ki,
maye-heroinə Qafqazda “Allahın göz yaşları” deyirlər: “Belə situasiyada
günahkarın kimliyi və yükün son ünvanı yalnız Allaha məlumdur”.
ilə əlaqədar Gürcüstan DİN-in mətbuat xidmətinin rəhbəri Nino
Giorqobiani ilə əlaqə saxladıq. O, bildirdi ki, tutulan yüklə bağlı
Gürcüstan DİN-in yaydığı yeganə məlumatdan başqa, heç bir yeni rəsmi
məlumat yoxdur.
Agentliyinin baş redaktoru Arno Xidibeqişvili isə mətbuatda bu
əməliyyatın Azərbaycan-Gürcüstan güc strukturları ilə birgə keçirilməsi
barədə məlumatlara toxundu. O, bu məlumatlara inandığını bildirdi. Çünki
baş redaktora görə, belə iri partiyaları təsadüfən aşkar etmirlər: “Ola
bilər hələ ki, araşdırma aparılır və istintaqın gedişinə mane olmamaq
üçün tərəflər bir müddət susmaq barədə razılığa gəliblər. Ola bilər ki,
narkotik alverçilərinin tərkibinə Azərbaycandan gizli agent yeridilib və
onun aşkar olunmasını istərmirlər”.
qaldı narkotikləri Gürcüstana Ermənistan ərazisindən keçirilməsi barədə
yayılan xəbərlərə, baş redaktor bunu texniki xəta hesab edir. Elə bunu
mətbuata izahatında Nino Giorqobiani də belə izah eləmişdi. İlk olaraq
xəbər Vergilər Departamentinin əməkdaşı tərəfindən ingilis dilində
hazırlanarkən, Azərbaycan yerinə səhvən Ermənistan yazıb. Və bu məsələ
Gürcüstan mediası tərəfindən sürətlə yayılıb. Təbii ki, rusdilli mətbuat
da bunu gürcü mətbuatından səhv variantda götürüb.
Arno Xidirbeqişvilinin sözlərinə görə, hakimiyyət dəyişikliyindən sonra
Gürcüstanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməlli-başlı iş
aparılır: “Elə gün olmur ki, güc strukturları hansısa miqdarda narkotik
aşkarlamasınlar. Narkotrafiklə mübarizə çərçivəsində bir müddət əvvəl
Acarıstanda içində 120 kiloqram narkotik maddə olan yük maşınının
saxlanılmasını da qeyd etmək olar. Məlumdur ki, aparılan mübarizəyə
baxmayaraq, çoxdan yaradılmış narkokanallar hələ də fəaliyyətdədir.
Gürcüstandan Avropaya və Rusiyaya yenə də narkotik karvanları gedir.
Maraqlıdır, görəsən narkodillerlər Saakaşvili hakimiyyətinin simasında
özlərinə himayədar tapmayıblar ki? Məlumdur ki, Saakaşvili hakimiyyəti
narkotrafikdən yaxşı qazanc əldə edirdi. Bu pulları Mişiko (Mixail
Saakaşvili -İ.M.) həm özünün, həm də lideri olduğu o zamankı hakimiyyət
partiyasının güclənməsi üçün istifadə edə bilərdi”.
bu xəmir hələ çox su aparacaq. Hər halda araşdırmalar davam edir…
Short URL: http://www.cumhuriyyet.net/?p=9950