Azərbaycan oliqarxlarının şok cinayəti
Kəmaləddin Heydərovun da adı hallanan balıq maxinasiyasının təfərrüatları
Azərbaycanda birbaşa dövlət məmurlarının iştirakı ilə
özəlləşdirmə prosesində baş verən ciddi qanunsuzluqlar, fırıldaq haları
ilə bağlı ölkə rəhbərliyinə coxsaylı şikayətlər olunub, məkəmə posesləri
keçirilib, açıqlamalar verilib. Ancaq özəlləşdirməni həyata keçirən
vəzifəli şəxslərin məhkəmələrə təzyiqi və ya hakimləri pulla ələ alması
nəticəsində bir çox hallarda bu proseslərdə ədaləti bərpa etmək mümkün
olmayıb. Nəticədə özəlləşdirmədə baş verən qanunsuzluqlarla bağlı
şikayətlər ölkə sərhədlərindən kənarlara – Avropa Məhkəməsinə qədər
gedib çıxıb. Nəticəsinin necə olmasından asılı omayaraq, bu cür hallar
təbii ki, Azərbaycan dövlətinin nufuzuna müəyən zərbə vurur, ölkəmizə
qarşı beynəlxalq aləmdə mənfi rəy formalşdırır. Təəssüf ki, şəxsi
maraqlarını hər şeydən üstün tutan vəzifəli şəxslər, məmurlar bunu
nəzərə almır, vətəndaşlara, iş admlarına aid obyektləri, müəssisə və
təsərrüfatları zorakı yollarla ələ keçirməkdə davam edirlər.
Belə qanunsuz vasitələrlə ələ keçirilən təsərrüfatlardan biri də “Xudat
Balıq” Açıq Səhmdar Cəmiyyətidir (ASC). Bu müəssisənin və onun
ərazilərinin necə və hansı yollarla özəlləşdirilərək ələ keçirilməsi
barədə saytımızda yazılıb. Ona görə də yazılanları təkrar
etmək niyyətində deyilik.
“Xudat Balıq” ASC-nin özəlləşdirilməsində hansı qanunsuzluqlar olub?
Qısaca xatırladaq ki, özəlləşdirməyə çıxarılan zaman “Xudat Balıq” ASC-nin direktoru olan Güləhməd Güləhmədovun
sözlərinə görə, prosesdə böyük qanunsuzluqlara yol verilib. Və o, bu
qanunsuzluqların başında 2001-ci ildən qismən, 2005-ci ildə isə tam
olaraq özəlləşdirmə prosesinə nəzarəti həyata keçirən Əmlak Məsələləri
Dövlət Komitəsinin (ƏMDK) vəzifəli şəxslərinin, konkret olaraq sədr
Kərəm Həsənovun və onun müavini Rüstəm Şahbazovun dayandığını iddia
edir.
Belə ki, G.Güləhmədovun uzunmüddətli mübarizəsindən sonra, kollektivə
satılmalı olan 15 faizik güzəştli hissənin 13, 2 faizini həmin vaxt
təsərrüfatda calışanlar əldə edə bilib.
Özəlləşdirmənin II mərhələsində qanunvericiliyə uyğun olaraq, 29 avqust
2002-ci ildə keçirilən çek hərracına çıxarılan Səhmdar Cəmiyyətin 55
faiz səhmlərini də almaq üçün G.Güləhmədov Auksion Mərkəzinə 11054 ədəd
özəlləşdirmə payı təqdim edərək qəbz alıb. Baxmayaraq ki, onu bu
hərracdan kənarda saxlamaq üçün min cür oyun qurulur. Ancaq G.Güləhmədov
ceklərini təqdim edir və hərracda başqa kimsə iştirak etmədiyindən,
“Xudat Balıq” ASC-nin 55 faizini onun özəlləşdirdiyi bildirilir. Hətta
“Mülkiyyət” qəzetinin növbəti sayında xəbər verilir ki, “Xudat Balıq”
ASC-nin səhmlərinin satışı üzrə auksionda 74 nəfər iştirak edib və
hərraca çıxarılan səhmlər 11 054 çekə satılıb.
Ancaq bir müdət sonra Departamentin sədr müavini Rüstəm Şahbzov zəng
edərək G.Güləhmədovdan Auksion Mərkəzinə təqdim etdiyi çekləri geri
götürməyi təklif edir və sifarişinin qəbul olunmadığını bildirir.
R.Şahbazov qanuni bir səbəb göstərə blmədiyindən və G.Güləhmədov qanunla
55 faizin ona və kollektivin dıgər üzvlərinə verilməli olduğunu
bildiyindən çekləri götürmür. Beləcə 2 il davam edir, müəssisənin
özəlləşdirməsini yekunlaşdırmaq mümkün olmur.
G.Güləhmədovun qanuni haqlarından geri çəkilmədiyini görən
“Xudat Balıq” ASC-ni ələ keçirmək istəyən dairələr Rüstəm Şahbazova
onunla danışıraq məsələni yoluna qoymağı tapşırırlar. G.Güləhmədovun
sözlərinə görə, belə danışıqlardan birində Rüstəm Şahbazov açıq şəkildə
ona bildirir ki, “Xudat Balıq” ASC-ni indiki fövqəladə hallar naziri
Kəmaləddin Heydərov özəlləşdirmək istəyir, ya onunla danış razılaş, ya
da çeklərini götür, get.
.Güləhmədov da bununla bağlı olaraq Kəmaləddin Heydərovun qəbuluna yazılır. K.Heydərov onu qəbul edir.
Bundan bir müddət əvvəl isə Kəmaləddin Heydərovla münasibətləri gərgin
olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin tapşırığı ilə keçmiş
Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin rəhbərliyi (indi onlar
ƏMDK-nın başındadırlar-red.) balıqçılıq təsərrüfatlarının Kəmaləddin
Heydərova qarşı, sözün həqiqi mənasında üsyanını təşkil edirlər. Balıqçılıq təsərrüfatlarının rəhbərlərinin Bakıda birləşərək Kəmaləddin
Heydərovun əleyhinə bəyanatlar verməsi, mətbuat konfransları keçirməsi
təşkil olunur. Həmin konfranslardan yalnız birində iştirak edən
G.Güləhmədov isə başqalarından fərqli olaraq K. Heydərovu deyil,
özəlləşdirməyə rəhbərlik edən şəxsləri ittiham edir.
Məhz bu mövqeyinə görə, Kəmaləddin Heydərov görüş zamanı
G.Güləhmədova təşəkkür edir, ona “sən kişi adamsan, həqiqəti danışdın”
deyir. Eyni zamanda “Xudat Balıq” ASC-ni özəlləşdirmək
niyyətində olmadığını, dostu, İran əsilli iş adamı Əhəd Purun ora ilə
maraqlandığını deyir: “Ona görə də, mənə Əhəd Puru tapıb onunla
görüşməyi məsləhət bildi. Həmçinin bir telefon nömrəsi verib dedi ki,
mənim adımdan istifadə olunmasıyla qarşılaşdıqda və ya hər hansı sözün
olarsa köməkçim Qüdrətlə əlaqə saxla. Özü də məsələ ilə maraqlanacağını,
probemi yoluna qoymağa çalışacağını vəd etdi”.
Görüşdən sonra G.Güləhmədov bir neçə dəfə Kəmaləddin Heydərovun
köməkçisi ilə əlaqə saxlayır. Ancaq müəyyən səbəblərdən Heydərovun özü
ilə danışa bilmir. Təxminən 2 aydan sonra Qüdrət bildirir ki, Kəmaləddin
müəllim ona Əhəd Purla görüşüb ortaq bir məxrəcə gəlməyi tövsiyyə edir.
Bundan sonra Güləhməd Güləhmədov yenidən Rüstəm Şahbazovun
yanına gedərək ona Heydərovla görüşü haqda danışır. Bildirir ki,
Heydərov ona, “Xudat Balıq” ASC ilə Əhəd Purun maraqlandığını söyləyib,
onunla razılaşmağı məsləhət bilib.
Rüstəm Şahbazov rəhbərliklə danışdıqdan sonra ona bir söz deyə
biləcəyini söyləyir. Elə həmin günün axşamı Rüstəm Şahbazov
G.Güləhmədova zəng edərək, həm rəhbərlik, həm də Əhəd Purla müəyyən
razılıq əldə edildiyini bildirir və səhəri gün saat 11:00 radələrində
onun qəbulunda olmağı xahiş edir. Həmin görüşə Əhəd Purun özü deyil,
onun adamlarından biri olan Mehmanşah Həsənov gəlir.
.Güləhmədovun sözlərinə görə, Rüstəm Şahbazov və Mehmanşah Həsənov ona özəlləşdirdiyi 55 faizdən imtina edəcəyi halda
pullu hərracda 30 faizi almasına şərait yaradacaqlarını bildirirlər. Və
bunun K.Heydərovun istəyi olduğunu deyirlər. G.Güləhmədov da
bir şərtlə razı olur ki, əvvəl 30 faizi alsın, sonra müəssisə 2 yerə
bölünsün. Razılıq əldə olunur. Müəyyən prosedurları keçdikdən sonra 29
mart 2005-ci il tarixdə Xudat Balıq” ASC-nin 30 faizlik səhmi pullu
hərraca cıxarılır. Başqa heç bir iddiaçı olmadığından hərracda 30%-i –
116 422 ədəd səhmi o vaxtın pulu ilə 43 milyon 658 min manat ödəməklə
G.Güləhmədov alır. Bununla bağlı olaraq Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsinin Milli Depozit Mərkəzində müqavilə bağlayaraq reyestrdən
çıxarışı da götürür.
2005-ci ilin iyun ayında “Xudat Balıq” ASC-nin birinci ümumi
yığıncağı keçirilir. Yığıncaqda “Xudat Balıq” ASC-nin bölünməsi və
“Xudat Balıq-1” və “Xudat Balıq-2” səhmdar cəmiyyətlərinin yaradılması
barədə qərar qəbul olunur. Əldə olunan razılığa görə, Müqtədir
qəsəbəsində, Müqtədir çayından şimalda yerləşən ərazilər, həmçinin
1,3,4,5 6 və 7 saylı vətəgələr G.Güləhmədovun kollektivlə birgə
yaratdığı “Xudat Balıq-1” səhmdar çəmiyyətinə ayrılır.
Müqtədir çayından cənubda yerləşən torpaq sahələri və digər bütün
vətəgələr Əhəd Purun adamı olan Mehmanşah Həsənovun yaratdığı “Xudat
Balıq-2” səhmdar çəmiyyətinə ayrılır. Beləliklə bölünmə prinsipial
olaraq razılaşdırılır. İclasda G.Güləhmədovun sədr, Mehmanşah Həsənovun
müavin olduğu komissiya yaradılır. “Xudat Balıq” ASC-nin bölünməsi ilə
bağlı işləri idarə etmək də bu komissiyaya həvalə olunur.
Növbəti ayda növbədənkənar iclasın keçirilməsi barədə “Respublika”
qəzetində elan verilir. 19 avqust 2005-ci ildə növbədənkənar ümumi
yığıncaq çağırılır və bölünmə balansı təsdiq olunur. G.Güləhmədovun sədr
olduğu həmin iclasda Mehmanşah Həsənovun təmsilçisi Şəmsəddin Abbasov
katib olur. Və iclasın protokolunu Bakıda keçmiş Dövlət Əmlakının
Özəlləşdirilməsi Departamentinə verməyi də Ş. Abbasov üzərinə götürür.
Ancaq bir müddət sonra G.Güləhmədova məlum olur ki, protokolu təqdim
etməyiblər. Səbəbini öyrəndikdə, deyirlər ki, bir həftəyə
yekunlaşdıracağıq. Ancaq sözlərinə əməl etmirlər.
İş adamının səmləri saxta yolla Cəlilabadın icra başcısının bacısı oğlunun adına yazılıb
2006-cı ildə Kərəm Həsənov da yeni yaradılan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət
Komitəsinin sədri, Rüstəm Şahbazov isə onun müavini təyin olunduqdan
sonra özəlləşməyə tam nəzarət onların əlinə keçir. G.Güləhmədovun
sözlərinə görə, Mehmanşah Həsənov da Kərəm Həsənovun yaxın adamı
olduğundan onun vasitəsilə “Xudat Balıq” ASC-ni tam şəkildə ələ
keçirməyə qərar verirlər.
Beləliklə, “Xudat Balıq” ASC-nin səhmlərinin 55 faizini özəlləşdirmək
üçün G.Güləhmədovun qoyduğu 11054 ədəd çek geri qaytarılmadığı halda,
hərracın nəticələri saxtalaşdırılır. Belə ki, özünü Kəmaləddin
Heydərovun əsas adamlarından biri kimi təqdim edən Mehmanşah Həsənovun
istəyi ilə faktiki olaraq G.Güləhmədova məxsus olan “Xudat Balıq”
ASC-nin çek hərracında özəlləşdirilən 55 faiz səhminin 52,3 faizini
Verdizadə Elnur Həsən oğlu adlı Cəbrayıl rayonundan olan bir məcburi
köçkünün adına rəsmiləşdirirlər. Sonradan məlum olur ki, Verdizadə Elnur Həsən oğlu Kərəm Həsənovun qohumu olan Cəlilabad rayon İcra Hakimiyyətinin başcısı Əziz Əzizovun bacısı oğludur.
G.Güləhmədovun sözlərinə görə, həmin adamın özünün belə adına 52,3 faiz
səhm yazılmasından xəbəri olmur. Bir müdət sonra həmin səhmlər Əhəd Pura
məxsus, Mehmanşah Həsənovun icracı direktoru olduğu “AZF Co LTD”
firmasının balansına keçirilir.
Kəmaləddin Heydərovun adından istifadə edərək iş adamının yeni təssərrüfatını da dağıdırlar
Bir
qədər sonra isə Mehmanşah Həsənov G.Güləhmədovdan xəbərsiz ASC-nin
Ümumi Yığıncağını çağıraraq özünü rəhbər təyin edir. Zavodun möhürünü
G.Güləhmədovdan ala bilməsə də, onu təsərrüfatdan uzaqlaşdıraraq, oranı
iflic vəziyyətinə salır…
Bundan sonra bu günədək davam edən məhkəmə prosesləri başlayır.
G.Güləhmədovun sözlərinə görə, rayon məhkəmələrində çıxarılan qərarları
Mehmanşah Həsənov və onun arxasında dayananlar Appellyasiya və Ali
Məhkəmədə ləğv etdirir, hər dəfə yenidən ibtidai proseslərə start
verilir: “Mehmanşah Həsənov məhkəmələrdə hakimlərə K.Heydərovun adı ilə
təzyiq edir.”
Qeyd edək ki, qanunla Səhmdar Cəmiyyətlərdə 10 faizdən artıq
payı olan səhmdar əgər umimi işə ziyanı olmursa, öz təssərrüfatını ayıra
bilər. “Xudat Balıq” ASC isə dağılmış vətəgələrdən və torpaq
fondundan ibarətdir. Yəni, bölünmənin ümumi işə heç bir ziyanı yoxdur.
Ancaq G.Güləhmədovun əlində “Xudat Balıq” ASC-nin rəsmən 30 faizinin
sahibi olduğuna dair sənəd olmasına baxmayaraq, Mehmanşah Həsənov və
onun arxasında dayananlar buna imkan vermirlər.
Məsələnin qəribə tərəflərindən biri də odur ki, Kəmaləddin
Heydərovun adından istifadə edərək “Xudat Balıq” ASC-ni ələ keçirən
Mehmanşah Həsənov və onun arxasında dayanan Əhəd Pur nə müəssisəni
işlədirlər, nə də G.Güləhmədovun ona məxsus olan 30 faizi götürərək
ayrılmasına imkan verirlər.
Hələ bu azmış kimi, ilkin razılıqdan sonra “Xudat Balıq” ASC-nin bir
hissəsində yeni balıqçılıq müəssisəsi yaradan G.Güləhmədovun
təssərrüfatını da dağıdırlar. Belə ki, 2005-ci ilin iyun ayında “Xudat
Balıq” ASC-nin birinci ümumi yığıncağı keçirilərək, bölünmə barədə qərar
çıxarıldıdan sonra G.Güləhmədov ona düşən hissədə müasir tipli
balıqçılıq müəssisəsi yaratmağa, həmçinin digər yardımçı təsərrüfatlar
açmağa başlayır. Bu məqsədlə həm özü böyük kapital yatırır, həm də
Rusiyada yaşayan bəzi investorlardan vəsait cəlb edir. Bundan əlavə
banklardan da xeyli kredit götürür. Təxminən 1 il ərzində xeyli işlər də
görülür.
Ancaq
Kərəm Həsənov Əmlak Komitəsinin sədri olduqdan sonra “Xudat Balıq”
ASC-nin ərazisini və əmlakını zorakılqla tam şəkildə ələ keçirməyi
qərara alan Mehmanşah Həsənov və onun arxasında duranlar G.Güləhmədovun
ona düşən hissədə yaratdığı təsərüffatı belə dağıdırlar.
Hələ bununla da kifayətlənmirlər. Bölünməyə imkan verilmədiyini,
prosesin uzun müddət davam edəcəyini görən G.Güləhmədov yaratdığı “Xudat
balıq-1” müəssisəsi üçün Xacmaz rayon İcra Hakimiyyəti ilə müqavilə
bağlayaraq, dövlət fondundan 360 hektar torpaq icarəyə götürür. Və
burada müasir tipli yeni balıqçılıq müəssisəsi yaradır, göllər salır,
binalar tikir. Bu təsərrüfat regionların inkişafı ilə bağlı Dövlət
Proqramına da düşür. İri təsərrüfat olduğundan, G.Güləhmədov əvvələr
tanıdığı Rusiyadan olan iş adamları ilə müqavilələr bağlayır.
G.Güləhmədovun sözlərinə görə, onlar da həmin təsərrüfata böyük kapital
yatırırlar. 2010-cu ilə qədər burada böyük işlər görülür.
Ancaq Mehmanşah Həsənov və onun arxasında duranlar Xacmaz
rayon İcra Hakimiyyətinin başcısı Şəmsəddin Xanbabayevə təzyiq edərək
onunla bağlanan müqaviləni qeyri-qanuni olaraq ləğv etdirirlər.
G.Güləhmədovun sözlərinə görə, Şəmsəddin Xanbabayev də ona həmin adamların K.Heydərovun adından istifadə etdiklərini, Əmlak
Komitəsinin rəhbərliyinin da bunu təsdiqlədiyini bildirir.
Səbəb kimi də həmin ərazilərin “Xudat Balıq” ASC-nin balansında
olmasını göstərirlər. Halbuki, G.Güləhmədovun sözlərinə görə, ona
ayrılan ərazidən cəmi 60 hektarı “Xudat Balıq” ASC-nin balansına düşürdü
ki, orda da heç bir iş görməmişdi: “Ancaq onlar bütün ərazinin
“Xudat Balıq” ASC-nin balansına düşdüyünü bildirərək mənim qurduğum
təsərrüfatı dağıtmağa başladılar. Bu zaman mən “Xudat Balıq” ASC-nin 30
faizinin rəsmi sahibi kimi əsas səhmdar olduğumu, yaratdığım
təsərrüfatın ASC-nin tərkibində fəaliyyətini davam etdirməsində heç bir
problem olmadığını bildirdin. Ancaq onlar bununla da razılaşmayıb,
quldurcasına neçə illər ərzində qurduğum təsərrüffatı tam dağıtdıar”.
G.Güləhmədovun hesab edir ki, bununla Mehmanşah Həsənov və onun
arxasında duranların onu təxribata çəkərək həbs olunmasına calışıblar: “Onlar gözləyirdilər ki, mən neçə illər ərzində, böyük miqdarda vəsait
xərclədiyim təssərrüfatın dağılmasına dözməyəcəm, hər hansı bir
emosional hərəkət edəcəm. Ancaq mən buna gətmədim, hüququmu qanuni
vasitələrlə bərpa etmək niyyətindəyəm”.
“Rusiyadan olan investorlar prezidentlər İlham Əliyevə və Putinə müraciət etmək istəyirlər”
G.Güləhmədovun sözlərinə görə, bunun üçün əlində bütün qanuni əsaslar var: “Mehmanşah Həsənov, Əhəd Pur və onların arxasında duranlar qanunsuz yollarla “Xudat Balıq” ASC və
onun 100 hektarlarla ərazisini ələ keçirsələr də, müəssisənin
fəaliyyətini təmin etmək istiqamətində hər hansı iş görülməyib. Əksinə,
mövcud olanı da dağıdıblar. Buna görə də, səhmdarlar özəlləşdirmədən
keçən 8-9 il ərzində bir manat belə divident əldə edə bilməyiblər. Bu
fakt da mənə ən böyük səhmdarlardan biri kimi imkan verir ki, öz
təsərrüfatımı ayırım”.
G.Güləhmədovun sözlərinə görə, bununla bağlı yaxın vaxtlarda məhkəməyə müraciət edəcək: “Bu
məhkəmədə mən “Xudat Balıq” ASC-nin özəlləşdirilməsi zamanı və ondan
sonra baş verən qanunsuzluqlarla bağlı cox ciddi faktları açıqlayacağam.
Mən indiyə qədər K.Heydərova hörmət əlaməti olaraq, onun mənə verdiyi
sözə ümid edərək susmuşam. Ancaq Mehmanşah Həsənov və onun arxasında
duranlar məhz K. Heydərovun adından istifadə edərək mənim qanuni haqqımı
əlimdən alıblar, qurduğum təsərrüfatı dağıdıblar. Hansı ki, həmin
təsərrüfatda Rusiyadan olan iş adamlarının da payı var. Yəqin ki,
məhkəmə prosesində onlar da iştirak edəcək. Əgər burda məhkəmələr
sifarişli qərar çıxararsa, bu artıq beynəlxalq qalmaqala çevriləcək.
Hətta Rusiyadan olan investorlar bu məsələni hökumət səviyyəsinə
qaldırmaq, Azərbaycan prezidenti İlham Əliyevə və Rusiya prezidenti
Putinə müraciət etmək istəyirlər. Sadəcə mən dövlətimin nüfuzunu
düşünərək, indəyədək buna imkan verməmişəm. Özüm ziyana düşsəm də,
istəmişəm ki, burda məsələni razılıqla həll edim. Ancaq qarşı tərəf
bütün razılıqları pozduğundan və mənim hüquqlarımı kobud şəkildə
tapdadığından, artıq onların da bu prosesə qatılmasına mane ola
bilmərəm. Belə getsə “Xudat Balıq” ASC-nin özəlləşdirilməsində və ondan
sonrakı qanunsuzluqlar beynəlxalq qalmaqala çevriləcək”.
G.Güləhmədov Mehmanşah Həsənov və onun havadarlarının hər hansı iş
görmədikləri, müəssisənin fəaliyyətini təmin etmədikləri halda “Xudat
Balıq” ASC-ni ələ keçirmələrinin səbəbini də açıqladı: “Onların
məqsədi ASC-nin balansında olan 100 hektarlarla ərazini satmaqdır. Artıq
bir hissəsini də satıblar. Bu işdə Mehmanşah Həsənov və onun
havadarları ilə bərabər Kərəm Həsənov, Rüstəm Şahbazov, Xacmaz rayon
İcra Hakimiyyətinin başcısı Şəmsəddin Xanbabayev, Xacmaz rayon torpaq
şöbəsinin bir neçə dəfə işdən qovulub-qaytarlan rəisi Adıgözəl Tağıyev
də iştirak edir. Bunlar birləşərək dövlət fonduna aid torpaqları “Xudat
Balıq” ASC-nin ərazisi kimi müxtəlif şəxslərə satırlar. Hətta xarici
vətəndaşlara.”
Azərbaycanın strateji obyektlərini və ərazilərini kimlər ələ keçirir?
G.Güləhmədov
Xudatda satılan ərazilərin strateji əhəmiyyət daşıdığını, buna görə də
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən məsələnin nəzarətə
götürülməsinin vacibliyini bildirir: “Mehmanşah Həsənov qondarma
Taliş-Muğan Respublikasını yaradan, vətən xaini Əlikram Hümbətovun
tikinti üzrə müavini olub. İndi bu adam necə olub ölkədə söz sahibinə
çevrilib, iş adamlarına məxsus müəssisələri, əraziləri ələ keçirir?
K.Heydərov bu adamın onun adından istifadə etməsinə niyə göz yumur? İran
disidenti, İngiltərə vətəndaşı olan Əhəd Purun isə ermənilərlə
bağlılığı olduğu bildirilir. Onun familiyası da əvvəllər Manuçaryan
olub. Bu, mənim “Xudat Balıq” ASC-nin paylara uyğun bölüşdürlməsinə dair
iddiam əsasında baş tutan məhkəmədə “AZF Co LTD” firmasını təmsil edən
vəkilə verilən etibarnamədən aydınlaşdı. Belə bir adam Azərbaycanın
strateji obyektlərini və ərazilərini necə ələ keçirir? Məhkəmədə yəqin
bu və hələ açıqlamadığım digər suallara da aydınlıq gətiriləcək.”
G.Güləhmədov sonda bir daha Kəmaləddin Heydərova müraciət edərək, onu qəbul etməsini xahiş edib: “Mən
bu gün də inanıram ki, Kəmaləddin Heydərovun onun adından istifadə
olunaraq mənim başıma gətirilən oyunlardan xəbəri yoxdur. Buna görə də,
sizin sayt vasitəsilə məni qəbul edib, dinləməsini xahiş edirəm”.
Yazıda adları keçən şəxslərin də mövqeyini işıqladırmağa hazırıq.
Murad Məmmədov, azpolitika.info
Short URL: http://www.cumhuriyyet.net/?p=9954