İsrail əsgərlərinin dərilərinin altında cihaz aşkarlandı
22.07.2014 - 03:10
İsrailli əsgərlərin dərilərinin altına elektronik cihaz yerləşdirilibmiş. Avropa.info xəbər verir ki, bu sensasion açıqlama ilə Həmasın silahlı qanadı İzzəddin Əl -Kassam Tuqayları çıxış edib. Yayılan açıqlamada , əsir alınan İsrail əsgərlərinin dərilərinin altından elektronik cihaz aşkar edildiyi bildirilib.
“Bu
səbəbdən də, İsrail əsir götürülmüş əsgərləri ilə bağlı açıqlama
yaymır. Bu aparatlar vasitəsi ilə onlar əsgərlərinin harada
saxlandıqlarını bilib, əməliyyatlar təşkil etməyi planlayırdılar. Lakin
bu planı alt -üst etdik.”
Elektron cihaz olduğu bildirilən əşyanın fotosu və video görüntüləri də yayılıb.