Azərbaycan məhbusları Qəzzanın müdafiəsinə qalxdı
“Zülmə qarşı çıxmamaq zalımı dəstəkləmək
deməkdir. Azadlıqdan məhrum edilmiş məhbuslar cəmiyyətə insanlıq dərsi
verdilər.” Cumhuriyyet.az-ın “İslaminsesi”nə istinadən verdiyi məlumata görə,
bu sözlər 11 saylı cəzacəkmə müəssisəsindəki məhbuslar İsrailin Qəzzada
törətdiyi qətliama etiraz məqsədilə topladığı imza məktubundandır.
Yüzlərlə imzanın yer aldığı etiraz bəyanatında zalımlara nifrət, məzlum
Fələstin xalqına dəstək ifadə olunub.
Həbsxanadan göndərilən imza siyahısı azadlıqdan məhrum edilmiş bu
insanların zülm və istibdada biganə qalmadıqlarını və baş verən
haqsızlıqlara qarşı öz etirazlarını bildirmək üçün belə bir orijinal
vasitəyə əl atdıqlarını göstərir.
Qeyd edək ki, AİP lideri Mövsüm Səmədov 11 saylı cəzaçəkmə müəssisəsində həbsdədir
Short URL: http://www.cumhuriyyet.net/?p=9957