Norveçli həkimdən ABŞ prezidentinə ilginc müraciət

22.07.2014 - 09:20

“Obama, sizin ürəyiniz varmı? Sizi, yalnız bir gecənizi bizimlə Şəfada keçirməyə çağırıram” 

 
Qəzzadəkı Şəfa Xəstəxanasında könüllü olaraq çalışan 67 yaşlı norveçli cərrah Mads Frederick Gilbert, ABŞ prezidenti Barak Obamanı bir gecəlik çalışdığı Şəfa Xəstəxanasına dəvət edib. Həkim yazdığı məktubda bunları bildirib: “Əziz dostlar, dünən gecə həddindən artıq ağır bir gün idi. Qəzzaya edilən hücum nəticəsində xəstəxanaya qana boyanmış, parçalanmış fələstinlilər gətirildi. Təcili yardımda işləyən qəhrəmanlar 4 aydır ki, maaş almırlar. Onlar insanlara kömək edirlər. İş yoldaşlarıma çox hörmətim var. Fələstin müqaviməti mənə güc verir. Yaralıların gəlməsini istəmirəm. Xəstəxanın xadimələri qanlı sarğı bezlərini hər yerdən yığırlar. Saçları, geyimləri, ölülərdən geriyə qalanları süpürürlər. Yalnız son 24 saatda 100-dən çox yaralı gəlib. Heç bir şeyimiz yoxdur. Elektirik, su, dərman tükənib. Burda hər şey paslı və keçmiş xəstəxana muzeylərindən alınmış kimi görünür. Amma buradakı qəhrəmanlar heç bir şeydən şikayət etmir. Bu sətirləri sizə yazarkən yatağımda tək başıma gözyaşı tökürəm. İsti amma işə yaramayan ağrının, hirsin və qorxunun gözyaşlarını… Sizin ürəyiniz varmı? Obama, sizin ürəyiniz varmı? Sizi, yalnız bir gecənizi bizimlə Şəfada keçirməyə çağırıram. Qəlbi və gücü olmayan vicdansızlar planlarını qurublar. Qəzzaya hücum davam edir. Xahiş edirəm. Edə biləcəyiniz hər şeyi edin. bu daha çox çəkə bilməz”

Bizimyol.info

Short URL: http://www.cumhuriyyet.net/?p=9958

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31