Dəmiryolçular meriyadan qəbirstanlıqda yer istədi

22.07.2014 - 09:31

“Elyar Muradov bu ölkənin prezidenti də, baş naziri də, prokuroru da özü olduğunu deyərək, ona kiminsə gücü çatmadığını bildirir” 

 
“Azərbaycan Dövlət Dəmiryolları” QSC-nin sərnişindaşıma deposunun rəisi, qurumun həmkarlar komitəsinin rəhbəri və Bakı Şəhər Icra Hakimiyyətinin başçısına üz tutan bir qrup bələdçi mediaya müraciət edib. Sərnişindaşıma deposunun təxminən 100 nəfər əməkdaşının imzaladığı müraciətdə deyilir:

“Bakı meri Hacıbala Abutalıbova bildiririk ki, biz depoda 25-30 il işləmiş təcrübəli dəmiryolçularıq. Amma bir qrup məmur bizə hədə-qorxa gələrək, bəzilərimizi işdən azad edib, qalanlardan da öz xahişimizlə çıxıb getməyimizi tələb edirlər. Məmur özbaşınalığı və mənəm-mənəmlik baş alıb gedir. Əksər güc strukturlarına etdiyimiz müraciətlər sərnişindaşıma departamentinin rəisi Elyar Muradova göndərilib. O isə bu ölkənin prezidenti də, baş naziri də, prokuroru da özü olduğunu deyərək, ona kiminsə gücü çatmadığını bildirir. Biz ölkəmizi, dövlətimizi və xalqımızı sevib qanunlarımıza hörmət edirik. Lazım gəlsə, canımızı da verməyə hazırıq. Bəs bu məmurlar niyə qanunlara hörmət etmir? Biz artıq yorulmuşuq, bir ilə yaxındır etiraz etsək də, heç kim bizi eşitmir və qəbul edib dinləmir. Biz bir ölkə vətəndaşı kimi hüququmuzdan istifadə edərək, aclıq aksiyasına başlamaq istəyirik. Buna bir dəfə cəhd etsək də, nəqliyyatda baş polis idarəsi kobud şəkildə müdaxilə edərək, imkan verməyib. Odur ki, qanunlara uyğun olaraq öz etirazımızı bildirmək üçün aclıq aksiyası keçirməyə yer ayırıb şərait yaratmağı xahiş edirik. Yer üçün çətinlik varsa, şəhərətrafı qəbiristanlıqların birində 1 avqust 2014-cü ildə yer ayırmanızı istəyirik.
Biz Arif Əsgərov, Əlirza Süleymanov, Elyar Muradov, Rəhman Əbişov, Hikmət Məmmədovun vəzifədən azad edilməsi, onların barəsində müvafiq tədbir görülməsini tələb edirik. 2001-2008-2011-ci illər üçün bizə səyyar xarakterli işə görə aid olan gündəlik pulların şəffaf və dəqiq hesablanmasını, 2007-ci ilin mayından bugünə kimi eyni işi görüb fərqli maaş alanların kəsilmiş maaş fərqlərinin hesablanaraq qaytarılmasını istəyirik. Köhnə dəmiryolçuları çıxararaq dəmiryolundan qətiyyən məlumatı olmayanların işə götürülməsinə də nəhayət, son qoyulsun”.

Short URL: http://www.cumhuriyyet.net/?p=9959

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31