İsrailin Qəzza əməliyyatında məsul komandirlərdən biri öldürüldü

22.07.2014 - 09:44

HƏMAS tərəfi İsrailin yüksək rütbəli zabitlərindən birini öldürüb. ANS PRESS-in məlumatına görə, Həmasın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzzanın cənubunda İsrail ordusu ilə baş verən qarşıdurmada 5 israil əsgərini, eləcə də Qəzza əməliyyatında məsul komandirlərdən biri olan polkovnik Dolev Kedarı öldürüblər. Onun əməliyyatlarda vacib rolunun olduğu bildirilir. Bu barədə Fələstinin “Maan” xəbər agentliyi məlumat yayıb. 
Ümumilikdə, son 24 saat içərisində əl-Qəssam Briqadaları 25 İsrail əsgərini öldürüb. Qeyd edək ki, öldürülən polkovnik xəbərini İsrailin “Haaretz” qəzeti də təsdiqləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=9960

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31