İŞİD SOCAR-ın maşınını ələ keçirdiyini deyir

22.07.2014 - 14:40

Suriyada silahlılar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
(ARDNŞ) – SOCAR-ın daha bir avtomobilini ələ keçirdikləri barədə məlumat
yayıblar. İraq Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının üzvləri
ələ keçirdiklərini iddia etdikləri avtomobilin fotosunu da yayıblar.

ARDNŞ-in
mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə “APA-Economics”ə
açıqlamasında bildirib ki, bu məlumat həqiqətəuyğun deyil. “ARDNŞ qəti
şəkildə bəyan edir ki, Suriyada heç bir yanacaqdoldurma şəbəkəsi mövcud
deyil. Fotoda əks olunan avtomobilin də SOCAR-a heç bir aidiyyəti
yoxdur. Maşının nömrə nişanı da şübhəlidir. Belə hallar əvvəllər də
olub. O vaxt da bildirilmişdi ki, ayrı-ayrı qruplaşmalar zaman-zaman öz
məqsədləri üçün tanınmış şirkətlərin, o cümlədən, SOCAR-ın brendlərindən
istifadə edirlər. Son fotoların yayılması da növbəti belə cəhdlərdən
biri kimi qiymətləndirilməlidir”, – deyə N. Quliyev vurğulayıb.
Xatırladaq
ki, bir neçə ay əvvəl də Suriyada vuruşan silahlılar üzərinə “SOCAR”
yazılmış avtomobili ələ keçirdikləri barədə məlumat yaymışdılar.
ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev həmin vaxt da
avtomobilin üzərindəki “SOCAR” loqotipinin saxta olduğunu bildirmişdi.

İŞİD SOCAR-ın maşınını ələ keçirdiyini deyir

Short URL: http://www.cumhuriyyet.net/?p=9972

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31