Qazaxlı iş adamından Mübariz Qurbanlıya komitə sədri kimi ilk müraciət
Qazaxlı iş adamı Elşad Məmmədov özünün facebook səhifəsində yeni
təyin olunmuş Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz
Qurbanlıya müraciət ünvanlayıb. Məlumat üçün bildirək ki, Qazaxlı iş
adamı Elşad Məmmədov iki mənzil üçün Hacı İbrahim Nehrəmliyə məxsus
“AVESTA” Konserninə daxil olan “HƏSƏN-96″ MTK-ya ödədiyi 355 min manatı
ala bilmir. Müraciəti olduğu kimi təqdim edirik.
Hörmətli Mübariz müəllim! Sizə müraciətim ondan ibarətdir ki, adını
hacı, ilin iş adamı qoyan və mənim kimi adamları aldadan Nehrəmli
İbrahim barəsində tədbir görəsiniz. Axı Hacı ünvanı daşıyan şəxs yetim
haqqı yeməz, yalan danışmaz, kimisə şərləməz. Bu adam yalancıdır, başdan
ayaqa şərdir. Bu bir fakdır.
Cünki məni dəfələrlə şərləyib. Guya mən ona iş görməliyəm, amma
qacmışam Gürcüstana. Guya məni “bondotdel” tutub gətirib Gürcüstandan,
günahımı boynuma almışam. Gah deyir ki, işcilərimin səhlənkarlığından
istifadə edib onu aldatmışam. Sizdən xahiş edirəm haqqımın bərpasında
mənə, ailəmə və 3 körpə övladıma yardımçı olasınız.Axı biz müsəlman
ölkəsində yaşayırıq.
Mən şəxşən bu məsələləri 2014 il avqust ayının 3 də saat 12.00 da
Prezident Administrasiyasının qarşısında aksiya kecirərək yenidən
gündəmə gətirəcəm. Aksiyanı 3 körpə övladım, qacqın və şəhid
ailələrindən ibarət qohumlarımla birlikdə keçirəcəm.
Əlimdə bütün sənədlər var – maliyyə arayışı, ödənilən pulların qəbzi.
Məsələylə bağlı məhkəməyə müraciət etmişəm. Hakimlər Hacı İbrahimin
sifarişiylə hərəkət edərək iddiamı təmin etmədilər. Bundan başqa bütün
aidiyyəti qurumlara müraciət etmişəm, bunun da heç bir faydası olmadı.
Baş prokuror Zakir Qaralova rayona gəlib vətəndaşlarla görüşəndə
qəbulunda oldum, problemimi dilə gətirdim, dedilər ki, maraqlanacağıq.
Nədənsə hamı Hacı İbrahim Nehrəmlidən çəkinir. Bütün pulumu o iki evə
verdim, o da əlimdən çıxdı. İndi qalmağa yerim yoxdur. Ona görə də
avqustun 3-də Prezident Administrasiyasının önünə gedib övladlarımla
binanın qarşısında gecələyəcəm”.
Mənim həyatım təhlükə qarşısındadır. Birdaha DİN naziri Ramil Usubova
müraciət edirəm mənim və ailəmin , 3 övladımın təhlükəsizliyinə zamanət
versinlər.Çünki məni dəfələrlə Nehrəmli İbrahimin mühafizəcisi acıq
nörədən 070 260 04 07 ölümlə və bonodellə tutdurmaqla hədələyib. Mənim
evimdən ya maşınımdan silah və narkotik cıxsa ən pis halda ölsəm bunu
milyarder ibrahimdən bilin.
Short URL: http://www.cumhuriyyet.net/?p=9974