Sovet ordusu geri qayıdır
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ləğv edilir.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə diplomatik mənbə
məlumat verib. Məlumata görə, bu gün Valdimir Putinin təcili olaraq
çağırdığı Təhlükəsizlik Şurasının iclasında bu məsələ müzakirə olunub və
qərar qəbul edilib. Mənbə Moskvanın post-sovet məkanında yeni hərbi
ittifaq yaratmaq istəyində olduğunu iddia edir. Belə ki, bu ittifaq daha
cəlbedici və NATO-ya alternativ ola biləcək.
Rusiyalı politoloq Moskvanın belə bir addım atmaq istəyini yaxınlaşan NATO təhlükəsi ilə izah edir.
Qeyd edək ki, hərbi siyasi birlik olan Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatı 1992-ci ildə yaradılıb. Təşkilata Rusiya,
Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan
daxildir. Lakin 2012-ci ildə Özbəkistan birlikdən ayrılıb.
Birlik Dağlıq Qarabağ münaqişəsində Ermənistana dəstək bəyanatları ilə yadda qalıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=9975