İŞİD Qəzzaya girməyə hazırlaşır

22.07.2014 - 22:55

 

Dünyaca
məşhur Əl-Cəzirə və As-Savsana xəbər agentliyi İŞİD-in (İraq Şam İslam
Dövləti) Qəzzaya girəcəyini yazıb. Agentliklərin verdiyi xəbərə görə,
 “İslam Dövləti” “İŞİD İsrailin xidmətçisidir” fikrinə aydınlıq gətirmək
qərarına gəlib.

Axar.az xəbər verir ki, İslam Dövləti
(keçmiş adı İŞİD) Suriyadakı təlim düşərgələrində “İŞİD-in Qəzza
mücahidləri” olaraq adlandırdığı qrupun görüntülərini yayımlayıb.

İŞİD-in ictimai media hesabında yayımlanan görüntülərdə döyüşçülərin
əllərindəki silahların üstündə “İŞİD-in Qəzza mücahidləri” və “Gəlirik,
ey yəhudilər” ifadələrinin yazıldığı görünüb.

Bundan əlavə İŞİD “Qəzzalı mücahidlər” olaraq adlandırdığı qrupun
“Şeyx Əbu Nur Maqdisi briqadası” adı altında Suriyadakı hərbi təlim
düşərgələrində Qəzzaya girmək üçün təlim aldığını vurğulayıb.

İŞİD Qəzza bölgəsində rəhbərliyi əlində saxlayan HƏMAS-a “Üz-üzə
gəlməyə az vaxt qalıb və qarşıdurma qaçılmazdır”, – deyə xəbərdalıq
göndərib. Onlar bunun ardınca 2009-cu ildə HƏMAS əsgərləri tərəfindən
öldürülən sələfi din adamı – Şeyx Əbdüllətifin də intiqamını alacağını
bildirib.

Çox keçmədən HƏMAS-ın liderlərindən olan Əbdülfəttah Duxan İŞİD-in mesajına cavab verib:

“Doğru olan islami yoldan azmış heç bir qrupa Qəzzaya daxil olmağa əsla icazə verməyəcəyik”.

Qəzzadakı HƏMAS rəhbərliyinin Ədliyyə naziri Məhəmməd Fərəc Gül isə
İŞİD-in Qəzzaya girişini spekulyativ yalan olaraq qiymətləndirib. Gül
daha sonra “İŞİD Qəzzaya sionist rejimlə mübarizə üçün gəlirsə, buyursun
gəlsin, ancaq niyyətləri ayrıdırsa, lazım olan qarşılığı görəcəklər”, –
deyə bildirib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=9976

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31