"Qarabağ" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində

22.07.2014 - 23:35


Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start verilib

Turnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxıb.



Qurban
Qurbanovun komandası doğma meydanda Maltanın “Valletta” klubu ilə
qarşılaşıb. Səfərdə keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib
gələn “Qarabağ” cavab oyununa üstün durumda çıxıb. Ağdam təmsilçisinə
növbəti mərhələyə yüksəlmək üçün istənilən hesablı heç-heçə də sərf
edirdi. Bu görüşdə “Qarabağ” rəqibini darmadağınla qalib gələrək növbəti
mərhələyə yüksəlib – 4:0. 




Qeyd
edək ki, “Qarabağ”ın üçüncü təsnifat mərhələsindəki rəqibi Avstriyanın
“Zalsburq” klubu olacaq. Bu komandalar arasında ilk oyunun iyunun 30-da
baş tutacaq.


Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları

21:30.”Qarabağ” (Azərbaycan) – “Valletta” (Malta) (İlk oyun – 1:0) – 4:0 
Hakimlər: Sergey Tsinkeviç, Yevgeni Ramanov, Vitali Malyutsin, Denis Şerbakov (hamısı Belarus).
Qollar: Reynaldo, 15 (1:0), Çumbinyo, 48 (2:0), Danilo Dias, 56 (3:0), Leroy Corc, 80 (4:0)
Qırmızı vərəqələr: Conathan Karuana, 19 (“Valletta”), Rayan Feneç, 84 (“Valletta”)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

“Qarabağ”: İbrahim
Şehiç, Qara Qarayev, Admir Teli (k), Ansi Aqolli, Bədavi Hüseynov,
Reynaldo, Danilo Dias, İlqar Qurbanov, Riçard Almeyda, Leroy Corc,
Çumbinyo

“Valletta”: Vella, Karuana, Azzopardi,  Dimeç, Feneç (k), Faria, Briffa, Bayada, Nafti, Elford – Alliyu, Yan Zammit

(qol.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=9981

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31