Dünya yeni müharibənin qorxusunda


Axar.az xəbər verir ki, paytaxt Moskvada təşkil edilən Təhlükəsizlik Şurası konfransında danışan Putin NATO-nun Şərqi Avropa ölkələri, Qara dəniz və Baltik dənizi ətrafında gücləndiyini bildirib. Putin NATO-nun hərbi infrastrukturunun sərhədlərinə yaxınlaşmasına eyni şəkildə qarşılıq verəcəklərini qeyd edib.
NATO-nun raketdən müdafiə sisteminə də toxunan Putin, “Bizə bunun bir müdafiə etmə sistemi olduğunu bildirirlər. Qətiyyən elə deyil, bu, ABŞ-ın hücum qüvvələrinin bir parçasıdır”, – deyə bildirib.
NATO-nun hərbi hazırlığına diqqət çəkən Putin Krım və Sevastopol daxil olmaqla, müdafiənin gücləndirilməsi ilə əlaqədar planlaşdırılan bütün iş və hazırlıqların zamanında yetişdirilməsi barədə əmr verib.
Rusiya Prezidenti Vladimir Putin NATO-nun ölkəsinin sərhədlərində güclənməsinə tamaşa etməyəcəklərini deyib.
Axar.az xəbər verir ki, paytaxt Moskvada təşkil edilən Təhlükəsizlik Şurası
konfransında danışan Putin NATO-nun Şərqi Avropa ölkələri, Qara dəniz və
Baltik dənizi ətrafında gücləndiyini bildirib. Putin NATO-nun hərbi
infrastrukturunun sərhədlərinə yaxınlaşmasına eyni şəkildə qarşılıq
verəcəklərini qeyd edib.
NATO-nun raketdən müdafiə sisteminə də toxunan Putin, “Bizə bunun bir
müdafiə etmə sistemi olduğunu bildirirlər. Qətiyyən elə deyil, bu,
ABŞ-ın hücum qüvvələrinin bir parçasıdır”, – deyə bildirib.
NATO-nun hərbi hazırlığına diqqət çəkən Putin Krım və Sevastopol
daxil olmaqla, müdafiənin gücləndirilməsi ilə əlaqədar planlaşdırılan
bütün iş və hazırlıqların zamanında yetişdirilməsi barədə əmr verib.
– See more at: http://axar.az/news/24637#sthash.TNmvsf9L.dpuf
Short URL: http://www.cumhuriyyet.net/?p=9991