Həbsxanada məhbuslar arasında keçirilən qaydasız döyüşlər

23.07.2014 - 04:03

 

 

Tailand
həbsxanalarında məhbuslar arasında muay-tay üzrə yarışlar keçirilir.
Şərq əlbəyaxa döyüşləri arasında muay-tay (onu tay-boks da
adlandırırlar) ən sərt idman növü sayılır. Zahirən kikboksu xatırlatsa
da, burada dirsək və diz zərbələrinə icazə var. Bu idman növüylə məşğul
olanlar ayaq zərbəsi ilə ağac kötüyünü belə asanlıqla sındırır. Qolları,
əlləri dəmir kimi möhkəm olur. Bunun üçün idmançılar illərlə xüsusi
məşq edirlər.

 

 

 

 

 

Yəqin ki, Hollivud ulduzu Jan Klod Van Damın “Kikboksçu” filmini
çoxunuz xatırlayırsınız. Bir vaxtlar bu film çox məşhur idi. Filmdə Van
Damın rəqibi olan Tanq Po adlı tay boksçu məşq zamanı dizi ilə beton
dirəyə vurur. Zərbələrdən dirək ovulur. Bu, həqiqətdir. Yəni onlar tək
filmdə yox, reallıqda da bunu etməyə qadirdirlər.

 

 

 

 

 

Tailandda bu milli idmanla çox insan məşğul olur. Əgər tay boksçu
həbsxanaya düşürsə, burada da işsiz qalmır. Əgər o, yaxşı döyüşçüdürsə,
əla pul qazanmaq imkanı olur.

 

 

 

 

 

Çünki əksər Tailand həbsxanalarında məhbuslar arasında qaydasız döyüş
keçirilir. Bəli, tam qaydasız. Azadlıqdakından fərqli olaraq,
həbsxanada vuruşan tay boksçular bir-birinə istənilən zərbəni vura
bilir. Hakim yoxdur, raund da yoxdur. Yeganə şərt qalib gəlməkdir. Sona
kim ayaq üstə qala bilirsə, qalib odur. Bu qanlı yarışda qələbə çalmaq
isə hər kəsə nəsib olmur.

 

 

 

 

 

Amma qalib gəldisə, digər məhbuslara nisbətən əlavə üstünlüyü olur.
Əvvəla, müdiriyyət qaydasız döyüşlərdən yaxşı qazanc əldə edir və bu
puldan qalibə də çatır. Digər tərəfdən, çempion məhbusun qadın yaxud bir
başqa arzusu varsa, bu arzu yerinə yetirilir.

 

 

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=9997

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31