Bakıda qatardan qopan sistern qarşısına çıxanları parçaladı
Bakıda
qatar ağır yol qəzası törədib. Dünən Binəqədi rayonunda, Baksol
ərazisində Biləcəri qəsəbəsi istiqamətindən gələn qatarın
sisternlərindən biri çıxıb və bir-iki kilometr yuvarlandıqdan sonra
qarşısına çıxan “VAZ-21011” markalı minik maşınının üzərinə çıxıb.
Hadisə şahidlərinin millli.az-a verdiyi məlumata görə, sistern
“VAZ-21011″i sürüyərək bir neçə metr aparıb. Qarşısına çıxan beton
maşınına dəyərək dayanıb. Parçalanan minik maşınının qalıqları böyük
əraziyə yayılıb. Qəzaya uğrayan qatarın hərbi bazanın olduğu deyilir.
Qatardan
ayrılan sistern o qədər sürətlə gedirmiş ki, teplovoz arxasından xeyli
getsə də, çata bilməyib. Minik maşınında olan ata-bala ağır xəsarət
alıb. Onları maşından çıxararaq xəstəxanaya aparıblar.
Short URL: http://www.cumhuriyyet.net/?p=9999