Bu şəxslər ikinci dəfə imtahana buraxılmayacaq – DİM

22.05.2022 - 18:32

İki gün ərzində keçirilən imtahanlarda 40 mindən çox abituriyent iştirak edib. İmtahanlar 17 rayonda 187 imtahan binasında təşkil edilib. İmtahanlar zamanı rast gəlinən problemləri iki istiqamətə ayırmaq olar.

 

Cumhuriyyet.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Metodiki təminat və təlimlər şöbəsinin müdiri Adıgözəl Həbibov deyib.

 

DİM rəsmisi bildirib ki, bunlar buraxılış rejimi zamanı və imtahan prosesində olan problemlərdir:

 

“Buraxılış rejimində abituriyentlərin təqdim etdikləri sənədlərdə çatışmazlıqlar olur. İki gün ərzində imtahan binasına mobil telefon gətirmiş 13 nəfər müəyyən olunub. Onların imtahan nəticələri ləğv edilib. Onların ikinci dəfə imtahanda iştirakına məhdudiyyət qoyulacaq”.

 

Xatırladaq ki, mayın 21-də III ixtisas qrupu, mayın 22-də II ixtisas qrupu üzrə qəbul, eləcə də III ixtisas qrupunda DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənnindən imtahanlar keçirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=175666

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930