Tələbələrin Ukraynadan köçürülməsindəki əsas problemlər

26.07.2022 - 17:06

Ukraynada təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi zamanı yaranan problemlər əsasən sənədlərlə bağlıdır.

Cumhuriyyet.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin departament direktoru Nicat Əsədli bildirib.

N.Əsədli qeyd edib ki, müraciət edən tələbələrin bir çoxu mövcud vəziyyətlə əlaqədar sənədləri əldə edə bilmirlər:

“Bizim mövqeyimiz ondan ibarətdir ki, tələbələr son sənəd gününə, son ekspertiza gününə qədər sənədləri əldə etməyə çalışsınlar. Çünki köçürülmənin əsas predmetlərindən biri akademik arayış, akademik transkriptdir. Bunlar olmadıqda, biz tələbənin hansı kursda oxumağı, təlim nəticələri barədə heç bir məlumat əldə edə bilmirik. Hər bir halda həmin tələbələr şəxsi kabinet yaradıb, əllərində olan bütün sənədləri sistemə yükləsinlər. Təxminən avqustun ortalarına qədər bu sənədləri almağa çalışsınlar. Əgər akademik transkriptin bugünkü tarixə olan versiyasını ala bilmirlərsə, ən azından mart-aprel ayına qədər olan versiyasını təqdim etmələri yaxşı olardı. Belə olan halda bizim qərarvermə prosesinə təsir edə bilərlər”.

“Ümumilikdə xaricdən köçürülmədə tələbənin gediş-gəlişi, akademik transkript, təhsil haqqı borcunun olub-olmaması, universitetin beynəlxalq reytinqi, beynəlxalq səviyyəli imtahan nəticələri nəzərə alınır. Hansısa bir sənəd yoxdursa, bu, tələbənin köçürülməyəcəyi anlamına gəlmir. Təhsil Nazirliyində qiymətləndirmə ilə bağlı ekspertlər çalışır və bütün amillər nəzərə alınır”, – N.Əsədli çıxışında qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=179478

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930