Qərbin Azərbaycanla bağlı şok PLANI: İnanılmaz ssenaridə Rusiya və Ukrayna da var

12.06.2024 - 15:43

“Bloomberg” agentliyinin yaydığı məlumata görə, Avropa Azərbaycanla bağlı olduqca maraqlı plan hazırlığına başlayıb. Agentlik bildirir ki, Azərbaycan qazını Ukrayna ərazisindəki Rusiya qaz kəmərləri ilə Avropaya nəql etmək planlaşdırılır. Avropanın siyasi və iqtisadi mərkəzləri müharibənin qitənin enerji təchizatına daha da zərər vurmasının qarşısını almaq üçün qazın Rusiya-Ukrayna boru kəməri ilə aparılmasında maraqlıdırlar.

Bu təklifin əhəmiyyəti nədir? Belə marşrutla Azərbaycan qazını Avropaya nəql etmək mümkün ola bilərmi? Rusiyanın bu ssenaridə iştirakı mümkün görünürmü?

Globalinfo.az-a danışan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban deyib ki, bu yeni təklif deyil: “Bir ay öncə Slovakiyanın Baş naziri Robert Fitso Bakıda olarkən eyni fikirləri səsləndirmişdir. “Bloomberg” agentliyinə rəsmi Brüsseldəki mənbələrin məlumat sızdırması istisna olunmur.

Azərbaycan və Rusiya arasında olan qaz infrastrukturu kiçik həcmli, yəni 5 milyard kub metrdir. Ukrayna müharibəsi kontekstində bu rəqəm Rusiyaya məlhəm olmaz.

Ukrayna Avropada heç bir ölkənin malik olmadığı qaz infrastrukturuna sahibdir. Vaxtilə bu ölkə üzərindən SSRİ-nin Avropaya, sonra isə Rusiyanın Avropaya qaz ixracını həyata keçirmək və 150 milyard kub metr həcmi ötürmək üçün infrastruktur mövcud idi. Bundan əlavə, Ukrayna ərazisində 7 ədəd yeraltı qaz anbarı var. Bununla da 32 milyard kub metr qazı saxlamaq mümkündür”.

İlham Şabanın sözlərinə görə, 31 dekabr 2024-cü ildə Rusiya ilə Ukrayna arasında Kreml qazının Avropaya nəqlinə dair saziş başa çatır:

“Bu zamana qədər iki ölkə arasında hərbi münaqişə başa çatmazsa, Rusiyanın Ukrayna ərazisində nasos və kompressor stansiyalarını və Avropaya gedən boru kəmərini bombalaması mümkündür. Bu, böyük riskdir. Azərbaycanın Rusiya və Ukrayna ilə münasibətlərinin yaxşı olmasını nəzərə alaraq, belə bir variant irəli sürülüb. Bu sadəcə kommersiya deyil, həm də siyasi, iqtisadi məsələdir.

Digər tərəfdən bu variant Azərbaycana olan diqqətin, regional və uzaq bazarlarda nüfuz dairəsinin artımı deməkdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201333

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031