Qorxmaz Hüseynovun klan korrupsiyası

24.05.2015 - 23:45

“Azərsu” ASC-nin prezidenti rayonlarda həyata keçirilən su və kanalizasiya xətlərinin çəkilişi zamanı ciddi maliyyə yeyintilərinə yol verib; onun ən yaxın qohumu bu maxinasiyalarda iştirak edib

qorxmazh“Azərsu” ASC-nin fəaliyyətində yer almış müxtəlif qanun pozuntuları artıq ifşa olunmaqdadır. ASC-nin prezidenti Qorxmaz Hüseynov rayonlarda həyata keçirilən su və kanalizasiya xətlərinin çəkilişi zamanı ciddi maliyyə yeyintilərinə imkan yaradıb.

Əldə etdiyimiz məlumata görə, ASC prezidentinin bacısı oğlu Sumqayıtdakı zavoddan alınan boruların üzərinə bir qədər pul qoyaraq, onu öz məhsulu kimi satır. Bu ilk baxışdan kiçik rəqəm kimi diqqəti çəksə də, dəqiqləşdirildikdə hər il yüz minlərlə dollar qazanc demək olduğu aşkarlanır.

Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinin bəzi xidmətləri Q.Hüseynovun bacısı oğlu Yusifəlinin müəssisəsinə həvalə ediblər.

Qorxmaz Hüseynovun layihələrdən pay verdiyi şəxslərdən biri də qaynıdır. “Hidro-İnşaat Servis” MMC-nin rəhbəri olan Namiq Cəbrayılov daha çox paya sahibdir. Onun şirkətin əksər işlərini həyata keçirdiyi və bir çox hallarda normal şəkildə işləri görmədiyi üçün problemlər yaratdığı “Azərsu”da kimsəyə sirr olmayan məsələdir.

Məlumata görə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovdan Prezident Administrasiyasına dosye göndərilib. Dosyedə Qorxmaz Hüseynovun korrupsiya əməliyyatları əks olunub. Hacıqabulda su və kanalizasiya sisteminin tikintisinə 250 milyon manat ayrılıb. Bu layihədə Qorxmaz Hüseynov böyük korrupsiyaya yol verib.

Məhəmmədəli Allahverdiyevrr

Short URL: http://www.cumhuriyyet.net/?p=24335

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728