Dolları gözləyən İran: Şahı qovan ölkənin “yaşıl kağız” arzusu çin olacaqmı? – TƏHLİL

21.01.2016 - 17:56

iran“Foreign Affairs” jurnalında İranın sanksiyalardan sonrakı vəziyyəti ilə  bağlı maraqlı təhlil verib. Bu təhlilin hazırlanmasında 2011-2014 –cü illərdə ABŞ-ın malliyyə nazirinin köməkçisi olmuş Sayrus Amir Mukri və  bazarlar üzrə məşhur şirkət “Citigroup” eks sədr müavini Hamid Biqlari iştirak edib.  

Strateq.az bildirir ki, bu təhlildə sanksiyalardan sonra əcnəbi kapitalın ölkəyə cəlb olunması üçün İranın hansı addım atması barədə maraqlı məqamlar var.

Yazıda qeyd olunur ki, son səkkiz il ərzində İranla bağlı xəbərlərdə əsas mövzu nüvə problemi idi. ABŞ-la əldə olunmuş son razılaşma bu probelmin həlli üçün fundament yaradır. Amma bununla bərabər İranın gələcəyi ilə bir sıra məsələləri açıq saxlayır.

Onlardan əsas olanı sanksiyaların götürülməsindən sonra İranın hansı yolla gedəcəyidir. İran özünün iqtisadi potensialını reallaşdırıb dünyaya açılacaqmı? Yoxsa nufuzlu mühafizəkar elita bu qlobal qarşılıqlı münasibətlərə əngəl yaradacaq?

Bu baxımdan İranın seçimi ciddi geopolitik nəticələr doğuracaq və dünyadakı yaxın 10 il ərzində ölkənin rolunu müəyyənləşdirəcək.

Sağlam təfəkkür hesab edir ki, İran höküməti bu sazişdən nəhəng iqtisadi qazanc  əldə edəcək. 100 milyard dollar pul üzərindən sansksiyanın götürülməsi, sanksiyaların ləğvi ölkəyə xarici investisiyanın axınını açacaq.

Ancaq “donu açılmış” bu pulların gətirəcəyi gəlir gözlənildiyi kimi əhəmiyyətli deyil. İranın mövcud maliyyə öhdəlikləri yəqin ki, 50 milyard dollarıq aktivlərindən istifadə imkanlarını azaldacaq.

Bu pulların böyük hissəsini valyuta rezervlərində saxlamaq lazım gələcək. Dövriyyəyə təcili olaraq daxil edilməsi üçünsə 25 milyard dollar qalacaq. Bu ciddi məbləğ olsa da İran üçün lazım olandan xeyli azdır. İranın yaxın 10 ildə iqtisadiyyatının bərpa olunması üçün 1 triliyon dollar lazımdır.   

Buna görə də xarici investisiyalar qlobal dünya iqtisadiyatına inteqrasiya etməmiş  İran üçün əsas məsələ olacaq. Tehran artıq iqtisadi dəyişikliklər üçün yetişib. Təbii ehtiyatlarla zəngin olan digər ölkələrdən fərqli olaraq İran əlavə  üstünlüklərə malkidir. Bura diversifikasiya olunmuş iqtisadiyyat, müsbət ticarət balansı və yaxşı təhsil almış şəhər əhalisi daxildir.

Xarici sərmayə bu müsbət məqamları maliyyələşdirməyə imkanı verəcək.

Amma özlüyndə sanksiyaların göütürülməsi kapitalın cəlb olunması üçün kifayət deyil.  Xarici şirkətlər investisiya yatırmaq istəsələr belə mühafizəkar qüvvələrin və İranın hakim elitasının onun motivləri barədə şübhələnmək və buna mane olmaq imkanı var.

Əgər İranın həqiqətən investisiya cəlb etmək niyyəti varsa o zaman geniş islahatlar keçirməlidir. Bura mülkiyyətin möhkəmləndirmə hüququ, dövlət aktivlərinin özəl sektora verilməsi və Mərkəzi Banka müstəqillik verilməsi daxildir. Ancaq bu halda ölkə  nüvə sazişinin iqtisadi qazancını tam olaraq hiss edə bilər.

 

iran02.Jpeg

Reallaşdırılmamış potensial

İran dünyada təsdiq olunmuş neft ehtiyatlarına görə 4-cü, qaz ehtiyatlarına görə 2-ci yeri tutur. Odur ki, ölkənin iqtisadi potensialının analizi enerji sahəsi üzrə fokuslanıb.

Lakin İranın iqtisadi imkanları çöxsaylı və müxtəlifdir. Beynəlxalq Valyuta Fondunun 2015-ci ildəki məruzəsinə görə, İran özünün 1,4 trilyon dollarıq ÜDM ilə dünya ÜDM-nin 1,5 fazini təşkil edir. İran iqtisadiyyatı dünyada  18-ci yeri tutur. Ölkə bu göstərici ilə Türkiyə və Avstraliya arasındadır.

Əhalinin adambaşına düşən ÜDM-nin həcmi 17 min dollardır. Bununla da İran Braziliya və Çin arasında yer tutub. ÜDM-in xarici borcla müqayisəsi isə cəmi 12 fazidir. Bu dünyada ən aşağı göstəricidir.

Bundan savayı, böyük enerji resurslarına baxmayaraq İran iqtisadiyyatı diversifikasiya olunub:İqtisadiiyatın 50 faizini xidmət sahəsi, 41 faizini sənaye, 9 faizini kənd təsərrüfatı təşkil edir.  Sanksiyalara qədər İran dünyada avtomobil istehsalına görə 13-cü yeri tuturdu. Ölkə ildə 1,65 milyon avtomobil istehsal edir. Bu Böyük Britaniyanın istehsalından  çoxdur.

Belə diversifikasiyanın nəticəsidir ki, İran 2013-cü ildən bəri 35 milyard dollarlıq profisitli sabit ticarət balansını saxlayır.

Amma ölkədə iqtisadiyatın əsas perspektiv vəd edən indikatoru insan kapitalıdır. Bu ölkədə 80 milyon insan yaşayır. İran vətəndaşlarının 64 faizini 35 yaşına qədər olan gənclər təşkil edir. Əhalinin 73 faizi şəhərdə yaşayır. Bu isə ölkənin sənaye baxımından inkişaf etməsinin göstəricisidir.

Şəhər əhalisi yaxşı təhsil alıb. İranda savadlılığın ümumi səviyyəsi 87 faizdir. 15-24 yaş arası insanların 98 faizi savadlıdır.

2012-2013-cü tədris ili ərzində ali məktəblərdəki 4,4 milyonluq tələbələrin 60 faizini qadınlar təşkil edib. Tələbələrin 44 faizi əsas ixtisas kimi elmi, texnologiyanı, mühəndislik işini və riyaziyyatı seçiblər. İran mühəndis ixtisaslı məzunların sayna görə, Rusiya və ABŞ-dan sonra beşinci yeri tutur. (Çin və Hindistan haqqında mötəbər məlumat yoxdur, lakin çox guman ikinci və üçüncü yerləri o ölkələr bölüşdürür).

7,5 milyon iranlı ali təhsillidr. Bu isə əhalinin əmək qabiliyyətli hissəsinin 13,3 faizi deməkdir.   Beləliklə İran Yaxın Şərqin ən təhsilli və savadlı ölkəsidir.

Lakin İran xarici investisiya olmadan öz imkanlarını tam reallaşdıra bilməyəcək.  Hazırda xarici sərmayənin həcmi 43 milyard dollar çivarında qiymətləndirlir. Bu göstəriciyə görə İran dünyada 58-ci yeri tutur.  Böyük miqyaslı beynəlxaq sanksiyaları nəzərə alsaq bu həddən artıq böyük göstəricidir.

İranın hazırkı xarici investisiyanın həcmi ölkənin elan etdiyi məqsəddən geri qalır. Tehran yaxın 5-10 il ərzində 1 trilyon dollar xarici sərmayə cəlb etməyi planlaşdırır.

 

iran03.jpg

Həyəcan siqnalları

Buna baxmayaraq xarici kapitalı ölkəyə cəlb etmək çətin olacaq.

İnvestorlar İranın enerji bazarını liberallaşdırmaq cəhdlərini kifayət qədər hesab etmir və ehtiyatla yanaşırlar.  İran bazar iqtisadiyyatına keçməyə cəhd etsə də onun bu səyi iflasa uğrayıb. 1979-cu il inqilabından sonra iqtisadiyyatın böyük hissəsi milliləşdirilib. İraqla 8 illik müharibədən sonra eks-prezident Haşimi Rəfsəncani daxil olmaqla İran rəhbərliyi özəlləşdirmə yolu ilə iqtisadiyyatın bərpa edilməsinə cəhd etdilər.

2004-cü ildə ali dini lider Xamneyinin yanında olan orqan özəl müəssələrin genişləndirilməsini dəstəklədi. Bir il sonra parlament bunu təsdiqlədi. Yeni qanuna əsasən bir çox dövlət müəssələrini özəlləşdirmək icazəsi verildi.

Amma burada özəlləşdirmənin yalnız adı vardı. Eks –prezident Mahmud Əhmədinejad özəlləşdirmə çeklərinin yarısını “Ədalət aksiyası” proqramı çərçivəsində imkansız şəxslər arasında bölüşdürdü. Təşəbbüs əks effekt verdi. Yeni səhmdarların şirkət idarə etmək və ona nəzarət üçün biznes təcrübələri yox idi.

Aksiyaların digər hissəsi 3 kvazidövlət strukturlarına verildi: İnqilab və dini fondlara, hərbi və parlament təşkilatlarına və dövlət pensiya Fonduna.. Bu qurumlar nominal olaraq özəl sayılsa da əslində dövlətlə sıx bağlı idi. Burada rəhbərlikdə keçmiş hökümət məmurları otururdu.

Belə olan halda özəlləşdirmə peşəkar menecment sistemini yaratmadı. Təəccüblü deyil ki, İranın özəlləşdirlimiş şirkətləri ziyanla işləyən şirkətlər hesab edilir.

Xarici investorları İranın həyəcan doğuran iqtisadi göstəriciləri də qorxuda bilər. İranın inkişaf üçün vacib olan iqtisadi və hüquqi institutları beynəlxaq reytinqlərdə aşağı yerləri tutur.

Dünya Bankının  “Biznes -2015”İndeksində İran 189 ölkə arasında 130 –cu yeri tutub. Bunu optimal adlandırmaq olmaz.

Ölkədə həmçinin intellektual mülkiyyətin müdafiəsi ilə bağlı məsələ bərbad haldadır. Mülkiyyət hüquqlarını müdafiə edən ABŞ-ın Property Rights Alliance təşkilatının 2013-cü il üçün açıqladığı reytinq siyahısında İran 131 ölkə arasında 111-ci yeri tutur. Müqayisə üçün qeyd edək ki, Braziliya, Çin və Hindistan “top-60”ın içindədir.

Korrupsiya üzrə göstəricilər də yaxşı deyil. İran “Transparency International”ın 2014-cü il üçün açıqladığı siyahıda korrupsiyaya görə 174 ölkə arasında 136-cı yeri tutub. Bu Rusiya ilə Nigeriya ilə eyni səviyyədir.

Qeyd edilən bu çatışmamazlıqlar xarici investorların qarşısını ala biləcək səbəblərdir. Əgər hətta investorlar İrana pul yatırmaq barədə qərar versələr belə digər maneə ilə qarşılaşa bilərlər: İranın mühafizəkar elitası əcnəbilərin ölkədə iştirakını və təsirini ideoloji sistem olaraq qəbul etmirlər. Mühafizəkarlar hesab edir ki, xarici dövlətlər həmişə İranı parçalamağa cəhd edirlər. Onların fikrincə, əcnəbilərə və kapitalistlərə etibar etmək olmaz.

Lakin iqtisadi çıxarlar birmənalıdır: Xarici investiyalar olmadan İran iqtisadiyyatının inkişfa etməsi mümkün olmayacaq.

iran05.jpg

Dostları necə qazanmlı?

Yeni iqtisadi imkanlar “beyin axınını” dayandıracaq. Bu isə insan kapitalından istifadə etmək imkan yaradacaq. Əgər İran 10 il ərzində dayanıqlı artımı təmin edə bilsə gənclik investisiyaları dəstəkləyəcək daxili faktora çevriləcək. Bütün bunlara nail olmaq üçün isə xarici investorlara əlverişli şərait yaratmaq lazım gələcək.

Birinci və ən mühüm olanı investisiyaların qanunla müdafiəsidir.

Qanun fiziki və intelletual mülkiyyəti qorumalı, müqavilələri möhkəmləndirməli, bankrot prosesində yeniləməli, beynəlxaq standartlar əsasında şəffaf maliyyə hesabatlığını təmin etməlidir.  Bu qanunlar olmasa problemlər biznesmenləri qorxudacaq.

İnvestisya kapitalı sabit və etibarlı bank sisteminə möhtacdır. Əhmədinejad zamanı onun bütövlüyü pozulub.

Dövlət banklarının dövlət şirkətlərini kreditləşdirməsi problemli kredt dalğasını yaradıb. O zaman bir sıra banklar spekulyativ əməliyyatlara əl atmağa başladılar. Maliyyə sabitsizliyinin işarəsi olan kölgə bank sistemi meydana gəldi. İnvestorlar qapalı maliyyə sistemi olan iqtisadiyyata pul qoymağa risk etməzlər. İran bankları hökümətin göstərişləri olmadan işləməyi öyrənməlidir.

İqtisadi islahatları həyata keçirmək həmişə asan olmur.

İran elitası liberal bazarın dövlət hakimiyyətini zəiflətməsi haqqında qorxunu  aşmağı bacarmalıdır. Əslində azad bazara uğurlu keçid güclü hökümətin varlığını tələb edir, qanunun aliliyini təmin emək imkanı yaradır və bazar sabitliyi formalaşdırır. Dövlətin hakimiyyəti azalmır: O sadəcə öz iqtisadiyyatdakı dominant rolunu dəyişərək azad bazarın qarantına çevrilir.  

Hazırladı:

Xaqani SƏFƏROĞLU 

Strateq.az

Short URL: http://www.cumhuriyyet.net/?p=49983

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728