ABŞ kəşfiyyatından Qarabağda müharibə anonsu

20.05.2016 - 12:32

qarabaqDağlıq Qarabağ münaqişənin həllinə yönələn diplomatik danışıqlar qaynar templə davam edir. Lakin irəliləyişə çox da ümidlər yoxdur. Mayın 16-da Vyanada ATƏT-in vasitəçiliyi ilə Rusiya, Birləşmiş Ştatlar və Fransanın iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri görüşərək, sülh danışıqlarına sadiq olduqlarını elan etdilər. Buna baxmayaraq, 17-18 mayda atəşkəs pozuntuları qeydə alındı.

Aprel eskalasiyası isə ümumiyyətlə bu münaqişənin həllinin vacibliyini gündəmə gətirdi. Dağlıq Qarabağ münaqişəsində narahatlıq doğuran digər məqam ona oxşar hadisələrin digər post-sovet ölkələrində də baş verməsidir. Misal üçün, Şərqi Ukrayna.

Publika.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzinin təhlilində deyilir.

Mərkəz Ukrayna və Dağlıq Qarabağ münaqişəsinin hər ikisinin köklərinin Rusiyaya gedib çıxdığını yazır:

“Hər iki münaqişənin yerləşdiyi Şərqi Avropa və Qafqazda Rusiya və Qərbin maraqları var. Bu baxımdan, diplomatik danışıqlar bəzi ölkələrin, xüsusilə Rusiyanın maraqlarına cavab vermir. Faktiki olaraq, bu münaqişələrin idarəolunan olması ona daha sərfəlidir”.

“Stratfor” qeyd edir ki, Ukraynada olduğu kimi, Dağlıq Qarabağda da kompromislər və siyasi danışıqlar imkanı var: “Lakin dəfələrlə razılaşmalara baxmayaraq, uzunmüddətli atəşkəsin olması ehtimalı azdır. Bu baxımdan, Ukraynada olduğu kimi Dağlıq Qarabağda da atəşkəs haqda razılaşmalar olsa da, silahlı qarşıdurmanın davam etməsi gözləniləndir. Hətta ən yüksək səviyyədə öhdəliklər belə müharibənin davam etməsinin qarşısını ala bilmir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=64644

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930