Dünya müharibəsi yaxınlaşır – Rusiya və NATO toqquşa bilər

23.05.2016 - 13:34

rusiyaNATO-nun sabiq komandiri Rusiya prezidenti Vladimir Putinin Suriyanı bombalamasının əsl səbəbini açıqlayıb. ANS PRESS-in məlumatına görə, NATO-nun Avropadakı birləşdirilmiş komandanlığının sabiq rəhbəri, Britaniya generalı Cir Riçard Şirreff “2017-ci il. Rusiya ilə müharibə” (2017: War With Russia: An Urgent Warning From Senior Military Command) kitabında siyasi və hərbi qərarları təsvir edib.

Birləşmiş Krallığın müdafiə tədqiqatları institutunun böyük elmi işçisi Şaşank Djoşin qeyd edib ki, kitab konkret olaraq döyüşə çağırış məqsədi ilə yazılıb.

“Bu kitabda bütün qəzəb Moskvanın üzərinə tökülür. Kitabda cani rolunda Rusiya prezidenti Vladimir Putin təcəssüm etdirilir. Onun strateji planları — mülki obyektlərin bombalamanmasıdır. Guya Putin bunun köməyi ilə Türkiyəyə qaçqınların axınını artırmaq istəyir. Nəticədə isə bu Avropa Birliyinə təzyiq vasitəsi kimi istifadə ediləcək”.

Şaşank Djoşin kitab müəllifinin 2017-ci ildə Rusiya və NATO-nun müharibə ssenarisini yazdığını deyib.

Cir Riçard Şirreff - NATO-nun sabiq komandiri

Ümumilikdə, bir neçə ildir ki, NATO və Rusiya arasında gərgin münasibətlər hökm sürür. NATO Rusiya ilə Suriya, Ukrayna və digər münaqişə zonalarında üz-üzə gəlir. Bu səbəbdən tərəflər öz mövqelərini artırmağa cəhddə davam edir. Həmçinin Rusiya və NATO bir-biri ilə silahlanma yarışına girib.

Bir müddət əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, rəsmi Moskva NATO-nun sərhədlərinə yaxınlaşmasına qarşı 3 yeni hərbi diviziya yaratmağı planlaşdırır. Yeni bölüklərin ikisi Rusiyanın qərb sərhədlərində, biri isə cənub sərhədlərində qurulacaq. Hərbi bölüklərin bu ilin sonuna kimi yaradılması nəzərdə tutulur. Bölüklərin hər birində 10 min əsgər olacaq və bölüklər avtomatik silahlarla təchiz olunacaq.

Buna cavab olaraq NATO-nun baş katibi Yens Stoltenberq təşkilatın şərq sərhədlərində batalyonların yerləşdirilməsini təklif edilib.

Həmçinin NATO və Rusiya arasında silahlanma rəqabəti gedir. Bir müddət əvvəl Rusiya Kalininqrad vilayətində hərbi qüvvələrini artırıb, orada “İsgəndər-M” operativ-taktiki raketləri və S-400 zenit-raket kompleksləri yerləşdirib.

Bununla bərabər NATO rəsmiləri Rusiyaya qarşı kəskin münasibətləri ilə diqqət çəkirlər. Təşkilatın müttəfiq qüvvələri baş komandiri, general Kurtis Skaparrotti Rusiyaya müharibə xəbərdarlığı edib. O demişdi ki, Rusiya təcavüzkar siyasətini davam etdirəcəyi təqdirdə NATO bu ölkəyə qarşı müharibə elan edəcək.

Həmçinin NATO-nun Avropa birləşmiş qüvvələrinin baş hərbi komandanı, general Filip Bridlav aprelin əvvəlində mətbuata açıqlamasında deyib ki, Putin sərhədi keçərsə, qarşısında bir ölkəni deyil, NATO-nu görəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=64819

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728