DİM-dən 12-13 mart tarixli imtahanların nəticələri haqda AÇIQLAMA

02.04.2022 - 16:15

Dövlət İmtahan Mərkəzi (DİM) 12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin elan olunacağı vaxtı açıqlayıb.

DİM-dən Modern.az-a verilən məlumatda bildirilib ki, martın 12-13-də keçirlmiş buraxılış imtahanlarının nəticələrinin aprelin 8-dən 10-dək elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, 12 mart tarixindəki buraxılış imtahanları 17 şəhər və rayonda keçirilib. Bakı şəhərinin Nəsimi, Sabunçu, Səbail rayonlarında, Naxçıvan MR-də, Ağsu, Astara, Bərdə, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, İsmayıllı, Masallı, Sabirabad, Tərtər, Tovuz, Xaçmaz rayonlarında, Şəki və Naftalan şəhərlərində keçirilmiş həmin imtahanlarda təxminən 26 mindən çox şagird iştirak edib.

Martın 13-də isə Bakı şəhərinin Pirallahı, Xətai rayonlarında, Abşeron, Ağcabədi, Hacıqabul, Lerik, Qəbələ, Qobustan, Quba, Salyan, Samux, Şamaxı, Şəmkir, Yardımlı, Zərdab rayonlarında, Mingəçevir şəhərində buraxılış imtahanları keçirilib. Həmin imtahanlarda 19 mindən çox şagird imtahan verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=172709

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728