Kurikulum LƏĞV OLUNMAYIB – Nazirlik

12.04.2022 - 15:15

Təhsil naziri Emin Əmrullayevin imzaladığı “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın təsdiqi barədə əmr ictimaiyyətdə çaşqınlıq yaradıb.

Cumhuriyyet.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələyə aydınlıq gətirib.

Nazirlik rəsmisinin açıqlamasında deyilir:

“2017-ci ildə “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin Qanuna əsasən, “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” yenilənərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 avqust 2019-cu il tarixli 351 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı” təsdiq edilib.

Dövlət standartı əsasında “Məktəbəqədər təhsil proqramı (kurikulum)” hazırlanıb və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilib. Bu səbəbdən 2012-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilmiş hesab olunur.

Bir daha vurğulayırıq ki, bu, 2012-ci ildən tətbiq edilən kurikulumun yenilənməsi deməkdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173362

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031