600-ə yaxın məktəbdə direktor yoxdur – NAZİR

21.06.2022 - 14:14

Azərbaycanda məktəb direktorları şagird sayına görə təyinat ala bilər.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, hazırda 600-ə yaxın ümumtəhsil müəssisəsinin rəhbəri vəzifəsi vakantdır:

“Məktəb direktoru olmaq istəyənlərin sayı çoxdur, lakin Təhsil Nazirliyinin kriteriyalarına və meyarlarına uyğun şəxslərin müəyyənləşməsi əsasdır. Biz həqiqətən də layiqli namizədlərin məktəb direktoru vəzifəsinə təyinatını istəyirik”.

Nazir qeyd edib ki, məktəb rəhbərlərinin təyinatı məsələsində şagird sayına görə müxtəlif fərqli seçim qaydalarının tətbiqi nəzərdə tutulub:

“Məsələn, daha kiçik məktəblərdə həmin ərazinin, kəndin sakini olan, yaxud da ora yaxın yaşayan bir insanın məktəb direktoru olması və kollektivin iştirakı ilə prosesin həyata keçirilməsini, daha böyük məktəblərdə isə şagird sayı böyüdükcə, işin yükü artdıqca nisbətən daha mürəkkəb və daha çox mərhələli modellərin tətbiqini planlaşdırırıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=177217

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031