DİM 136 abituriyentin xeyrinə QƏRAR VERDİ

07.07.2022 - 13:30

Mayın 21-22-də və iyunun 4-5-də keçirilmiş I-IV qruplar üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı təşkil edilmiş Apellyasiya Komissiyasının nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Cumhuriyyet.az-a bildirilib ki, həmin qəbul imtahanlarının nəticələri ilə bağlı təşkil edilmiş Apellyasiya Komissiyasına 971 abituriyent ərizə ilə müraciət edib.

Bu ərizələrdə ümumilikdə 1540 yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub.

Qeyd edək ki, bu imtahanlarda abituriyentlərin ümumilikdə 732861 yazı işi yoxlanılıb. Apellyasiya üçün edilən müraciətlər bütün tapşırıqların cəmi 0.21%-ni təşkil edib.

Daxil olan müraciətlər araşdırılıb və abituriyentlərin apellyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 265 nəfərlə videogörüntü (“Zoom” proqramından istifadə etməklə) vasitəsilə, 706 (onlardan 35-ə yaxın abituriyent dəfələrlə edilən zənglərə cavab verməyib) nəfərlə isə telefonla əlaqə saxlanılaraq iş üzrə birlikdə müzakirə aparılıb. Apellyasiyaya müraciət edənlərdən 136 abituriyentin (bütün imtahan verənlərin 0,17%-i) cəmi 142 tapşırıq (bütün tapşırıqların 0,02%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə abituriyentlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 14 işdə edilmiş düzəlişlər imtahan verənin tapşırığın həllini (və ya cavabını) başqa tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.

Əlavə olaraq bildiririk ki, 5 iyun 2022-ci il tarixində I ixtisas qrupu üzrə keçirilən imtahanda riyaziyyat fənninə aid 1 (bir) tapşırığın şərtində qeyri-korrektliyə yol verildiyi aşkar olunub. Buna görə də Apellyasiya Komissiyasının üzvləri tərəfindən həmin test tapşırığının komissiyaya müraciət edib-etməməsindən asılı olmayaraq abituriyentlərin xeyrinə, onlar tərəfindən düzgün cavablandırılmış kimi götürülməsi qərara alınıb.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, qeyd olunan dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb. Ona görə də abituriyentlərə səhifələrinə daxil olaraq apellyasiyanın nəticələri ilə tanış olmaq tövsiyə olunur.

Xatırladaq ki, bu imtahanlarda 81429 abituriyent iştirak edib və onların ümumilikdə 732861 tapşırıq üzrə yazı işi yoxlanılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=178140

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930