Təhsilin İnkişafı Fondu ilk rəsmi sənədini imzaladı – FOTO

14.07.2022 - 11:10

“Təhsilin İnkişafı Fondu adından ilk rəsmi sənədimizi imzaladıq. Təhsilimiz üçün xeyirli-uğurlu olsun!”

Cumhuriyyet.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun rəhbəri, təhsil nazirinin müşaviri Elnur Nəsibov bildirib.

Qeyd edək ki, iyulun 13-də Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Təhsilin İnkişafı Fondu və “BestComp Group” MMC arasında Niyyət Protokolunun imzalanması mərasimi keçirilib.

Mərasimdə təhsil nazirinin müavini Muxtar Məmmədov, Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, “BestComp Group” MMC-nin baş direktoru Fərid Həsənov və digər nümayəndələr iştirak edib:

“İmzalanmış sənədə əsasən “BestComp Group” MMC şirkəti tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşən təhsil müəssisələrinə 1000 ədəd kompüter avadanlıqları ianə olunacaq.

Təhsilimizin dayanıqlı inkişafına birlikdə nail olaq!”

Short URL: http://www.cumhuriyyet.net/?p=178428

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728