MİQ imtahanlarının nəticələri ləğv edilsin – BƏYANAT

18.07.2022 - 15:04

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi MİQ imtahanlarının suallarına dair qalmaqalla bağlı Bəyanat yayıb.

Cumhuriyyet.az-ın məlumatına görə, bəyanatda deyilir:

“Bildiyiniz kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən orta ümumtəhsil məktəblərində işə qəbul üzrə MİQ imtahanı keçirilir. Cari ildə keçirilən MİQ imtahanında istifadə olunan test tapşırıqlarının maddi maraq qarşısında digər şəxslərə verilməsi faktı qeydə alınıb və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən rəsmi etiraf edilib.

Biz hesab edirik ki, MİQ imtahanının keçirilməsinə əsaslı şübhələr var və cari il üçün keçirilən bütün imtahanlar, onun nəticələri ləğv edilməlidir.

2022-ci il MİQ imtahanın keçirilməsi üçün müəyyən edilmiş bütün rəhbər və müəllif – ekspert heyəti təcili olaraq istefa verib uzaqlaşdırılmalı, onun ardınca hüquq mühafizə orqanları bu şəxlər barədə araşdırma aparmalıdır.

Bir daha Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi olaraq Təhsil Nazirliyi tərəfindən 2022-ci ildə keçirilən imtahanların nəticəsinin ləğvini tələb edirik və bütün imtahan nəticələrini etibarsız hesab edirik.

Short URL: http://www.cumhuriyyet.net/?p=178761

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728