Ali məktəblərə qəbul olanların sayı 20 min artırılacaq

22.07.2022 - 13:50

Gəlirindən asılı olmayaraq bütün ailələrin övladları üçün ali təhsilə əlçatanlıq təmin olunacaq.

Cumhuriyyet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, ali təhsilin məzmununda əmək bazarının tələbləri nəzərə alınacaq, ali təhsilin keyfiyyəti artırılacaq və beynəlxalq rəqabətliliyi təmin olunacaq, rəqabətli maliyyələşmə və idarəetmə mexanizmləri yaradılacaq.

Nəticədə, ali təhsilə qəbul olan tələbələrin sayı əlavə olaraq 20 min nəfər artacaq.

Elmin müxtəlif sahələri üzrə tədqiqatlar genişləndiriləcəkdir. Müasir təfəkkürlü və kreativ düşüncəli gənclər erkən vaxtlardan elmi araşdırmalara cəlb ediləcək. Elmi tədqiqatların rəqabətli və məqsədli maliyyələşdirilməsi mexanizmi yaradılacaq. Beynəlxalq impakt-faktorlu jurnallarda çap olunan məqalələrin sayı 40% artacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=179169

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728