Bu abituriyentlər rekord nəticə göstərib

22.07.2022 - 17:38

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının hər iki mərhələsinin cəminə görə ən yüksək nəticə göstərən abituriyentlərin adları açıqlanıb.

Bununla bağlı Dövlət İmtahan Mərkəzindən Cumhuriyyet.az-ın sorğusuna cavab olaraq bildirilib.

Bildirilib ki, ən yüksək nəticə Bakı şəhər Akademik Zərifə Əliyeva adına Liseyin məzunu Aydan Eyvazovaya məxsusdur. O, imtahanın ikinci mərhələsində 386.4 bal, birinci mərhələsində isə 295 bal toplayıb. Beləliklə II ixtisas qrupu üzrə ən yüksək nəticə 681.4 baldır.

III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Şamaxı şəhər 1 saylı orta məktəbin məzunu Nərmin Fərzaliyevaya aiddir. O, imtahanın ikinci mərhələsində 386.8 bal, birinci mərhələsində isə 279.8 bal toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 666.6 baldır.

Short URL: http://www.cumhuriyyet.net/?p=179206

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728