Yoluxma artsa, distant təhsilə keçiləcək

27.07.2022 - 13:05

“Pandemiyanın sürprizləri çox olub, proqnozlaşdırmaq çətindir. Amma biz bu iki ildə təhsilin koronavirus şəraitində idarəsi ilə əlaqədar təcrübə topladıq”.

Cumhuriyyet.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, bu il yoluxma sayı artarsa, qismən məhdudlaşma tətbiq oluna bilər:

“Biz yoluxmanın indikindən qat-qat çox olduğu yanvar-fevral aylarında məktəbləri bağlamadıq. Payız aylarında yoluxma sayı artarsa, ayrı-ayrı siniflər müvəqqəti distant təhsilə keçə bilər. Amma məktəblərin tamamilə bağlanmasına az ehtimal verirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=179558

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728