“Fərmana görə ölkə başçısına təşəkkür edirik” – Emin Əmrullayev

28.07.2022 - 22:00

Təhsil naziri Emin Əmrullayev nazirliyin adının dəyişdirilməsi ilə bağlı paylaşım edib.

Cumhuriyyet.az xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Fərman imzalamışdır. Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılmış, Elm və Təhsil Nazirliyinin tabeliyində iki agentliyin yaradılması və Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra strukturlarının Nazirliyin tabeliyinə verilməsi nəzərdə tutulmuşdur. Elm və təhsilin inkişafı naminə verilmiş Fərmana görə ölkə başçısına təhsil ictimaiyyəti adından təşəkkür edirik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=179634

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728