40-dan çox bal toplamış müəllimliyə namizədlərin DİQQƏTİNƏ!
Müəllimlərin işə qəbulu müsabiqəsinin bütün fənlər üzrə vakansiya seçimi aparılır.
Bu barədə Cumhuriyyet.az-aTəhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər avqustun 8-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.
Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=180270