DİN valideynlərə müraciət ETDİ

14.09.2022 - 15:08

Daxili İşlər Nazirliyi (DİN) yeni dərs ilinin başlanması ilə bağlı valideynlərə müraciət edib.

 

Cumhuriyyet.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev yeni dərs ili ilə bağlı valideynlərə müraciətində bildirib ki, minlərlə şagird, tələbənin təhlükəsizliyi üçün daxili işlər orqanları tərəfindən müvafiq tədbirlər müəyyən olunub həyata keçirilir.

 

“Nəzərdə tutulan tədbirlər sırasında valideynlərdən xahiş edirik ki, yollarda hərəkət axınını normal qaydada təşkil etmək məqsədilə tədris ocaqlarının ətrafında yol hərəkəti qaydalarına ciddi əməl etsinlər və ictimai nəqliyyata üstünlük versinlər.

 

Nəzərə alınmalıdır ki, şəxsi nəqliyyat vasitələrinin məktəblərin qarşısında saxlanması süni tıxac-sıxlıq yaradır. Tıxac-sıxlıqların yaranması digərlərinin dərsə gecikməsinə səbəb olur. Ona görə də elə edək ki, onlar da dərsə gecikməsinlər və ləngiməsinlər. Bu, həm də mənəvi məsuliyyətdir.

 

Övladlarımızın ilk dərs günü başqalarına göstərdiyimiz ehtiram və münasibət məsuliyyətlilik nümunəsidir”, – məlumatda qeyd olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=181874

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930