Magistraturaya qəbul imtahanlarına dəyişiklik ediləcək

04.10.2022 - 16:41

Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tәdris ili üçün Azәrbaycan Respublikasının ali tәhsil müәssisәlәrinin vә AMEA-nın magistraturalarına qәbul olunmağa hazırlaşan bakalavrlara müraciət edib.

DİM-dən Cumhuriyyet.az-a verilən xəbərə görə, magistraturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Xarici dillər üzrə mövcud proqramlarda xarici dillərin tədrisinin əsas məzmunu dil və nitq sahəsində bilik və bacarıqların formalaşdırılması, nitq fəaliyyətinin bütün formaları (eşidib-anlama, oxuyub-anlama, danışıq və yazı bloku) üzrə kompleks şəkildə tədrisi, xarici dil təliminin həyatla əlaqəsinin möhkəmləndirilməsi, yəni dil sahəsində qazanılmış bilik və bacarıqların nitq vərdişlərinə çevrilməsi istiqamətinə yönəldilir. Mövcud imtahan modeli bakalavrların xarici dil üzrə eşidib-anlama, oxuyub-anlama, qrammatik və leksik dil biliklərini yoxlayan test tapşırıqlarını özündə ehtiva edir.

2023-cü ildən etibarən imtahanlarda bakalavrların xarici dil üzrə oxuyub-anlama bacarığının daha dərindən yoxlanılması məqsədilə qrammatik və leksik dil biliklərini yoxlayan test tapşırıqlarının sayının 5 vahid azaldılması, əvəzində isə oxuyub-anlamanı yoxlayan test tapşırıqlarının sayının 5 vahid artırılması nəzərdə tutulur. İmtahan verənlər yeni model test tapşırıqları ilə yaxın vaxtlarda çap olunacaq Magistr №2 jurnalında tanış ola biləcəklər.

Eyni zamanda, xatırlatma etmək istərdik ki, öncədən də məlumat verildiyi kimi, 2024-cü ildən etibarən isə magistratura səviyyəsinə qəbul imtahanlarında xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183237

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031