“60 min uşağa öz fənnini bilməyən müəllimlər dərs deyir” – Nazir
“Bu gün bizim “10 bal, 20 bal toplayan müəllimlə nə etməliyik?” sualı açıqdır”.
Bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, hazırda öz fənnini bilməyən müəllimlər 60 min uşağa dərs deyir: “Onlar ibtidai təhsildə 10-15% uşaq deməkdir. Bizim 10-15 % uşağımıza dərs deyən müəllimlərin öz fənn biliyi çox aşağıdır. Burada “nə etmək olar?” sualına cavab tapmalıyıq. Eyni zamanda bu müəllimlərdən 1479 müəllim bütöv sinfə dərs deyir. Bunların əksəriyyəti – təxminən 877 müəllim 600-1000 manat arasında maaş alır. Öz fənnini yaxşı bilən müəllimlər isə heç bu maaşı ala bilmir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=186462