Müəllimlərin maaşı 3 dəfə qalxdı: yenə artacaq

27.02.2023 - 16:21

Son 10 ildə dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin əmək haqları 3 dəfə artıb.

Cumhuriyyet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, sertifikasiyası imtahanından sonra müəllimlərin əmək haqlarına minimum 10 faiz, maksimum 35 faiz əlavələr edilib.

Qeyd edib ki, seritfikatlaşdırma imtahanından sonra müəllimlərin yüksək əmək haqqı 1195 manat, orta əmək haqqı 975 manat təşkil edir. Sertifikasiyadan keçməyən müəllimlərin əmək haqqı isə 760 manatdır.

Nazirin sözlərinə görə, 2 ildən sonra müəllimlərin əmək haqqı 1000 manatdan yüksək olacaq.

“Ölkə üzrə sertifikatlaşdırmanın əhatəsi artdıqca orta aylıq əmək haqqı məbləğində növbəti 4 il ərzində 15 faiz artım gözlənilir. Müəllimlərin orta aylıq əmək haqqı 2024-cü ildə 840, 2025-də 880, 2026-cı ildə 910 manat olacaq”, – nazir qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188998

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031