Ən yüksək nəticə toplayan müəllimlərin adları açıqlandı

12.07.2023 - 20:30

Bu gün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində ən yüksək balı toplayan müəllimlərin adları açıqlanıb.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən Cumhuriyyet.net-ə bildirilib ki, test imtahanı mərhələsində coğrafiya fənni üzrə ən yüksək balı Aidə Daşdıyeva (100/92,5), Aytac İsgəndərli (100/92,5) və Röyal Kərimov (100/91,25), tarix fənni üzrə isə ən yüksək balı Kamran Xəlilov (100/93,75), Günel Salmanova (100/91,75) və Rəhman Süleymanlı (100/91,75) toplayıblar.

Xatırladaq ki, bu gün keçirilən test imtahanlarının I seansına 6353, II seansına isə 6627 namizəd dəvət olunub.

Əlli səkkiz minə yaxın namizədin iştirak etdiyi test imtahanları iyulun 11-dən 15-dək ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir.

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=193296

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930