Bu tələbələrə şad xəbər: kreditin 50%-i silinəcək – Video

09.08.2023 - 13:42

Texniki peşə təhsil müəssisələrində oxuyanlara da kreditlərin verilməsi sosial və standart olmaqla iki qaydada aparılır. Sosial həssas qrupa daxil olan tələbələrələ yanaşı, kəsiri olmayan və orta göstəriciləri 71 faizdən yuxarı olan ödənişli təhsil alanlar yararlana bilirdilər. Elə bu şərtlər peşə təhsil müəsissələrinin tələbələrinə də şamil olunur.

Cumhuriyyet.net ARB TV-yə istinadən xəbər verir ki, texniki peşə təhsili səviyyəsində isə 5 ballıq sistem olduğuna görə aralıq qiymətinin qiymətləndirmə balı 4 və 5 olan tələbə götürdüyü kreditə görə faiz hesablanmayacaq, əgər tələbə bütün təhsil dövründə normativ təhsil müddətində qiyməti 5 olacaqsa, o zaman götürdüyü kreditin 50 faizi ona bağışlanılacaq.

Standar təhsil tələbə kreditində isə aralıq qiymətləndirmə balı 5 olacaqsa həmin tələbənin kreditinə faiz hesablanmayacaq, normativ təhsil müddətində 5 ili yəni əlaçı kimi bitirəcəksə o zaman həmin tələbənin götürdüyü kreditin 25 faizi ona bağışlanacaq.

Hazırda texniki peşə təhsili üzrə 6 minə yaxın tələbə ödənişli əsaslarla təhsil alır. Onların da avqustun 5-dən fonda müraciət etmək imkanı var. Kreditdən yararlanan tələbələr 2 illik güzəşt dövrü bitdikdən sonra 10 il ərzində bərabər hissələrlə qaytara bilərlər. Növbəti illərdə kreditin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Fondun nizamnamə kapitalı ilkin olaraq 80 milyon manat nəzərdə tutulmuşdu və həmin vəsait fondun hesabına köçürülmüşdü, daha sonra 22 milyon və 8 milyon olmaqla həmin məbləğ artırılmış və 110 milyona çatdırılmışdır. Yəni nə qədər tələbə müraciət etsələr onların müraciətlərin rəsmiləsinə, maliyələşdirilməsinə vəsaitimiz çatır. Gələcəkdə əlbəttə ki, həmin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı ilk peşə təhsili məsələsinə baxıla bilər. Sadəcə bildiyiniz kimi ödənişli təhsil alanlara bu şamil olunur. Əgər orda da ödənişli təhsil alan tələbələr varsa onlara da şamil olunması gözlənilir.

Təhsil Tələbə Kredit Fonduna iki il ərzində 26150 müraciət daxil olub, onlardan 19544 tələbə kreditdən yararlana bilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=194380

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728