Bu il 225 tələbə diplom ala bilmədi
Bu il Azərbaycanda ali məktəbi bitirən 225 tələbə dövlət imtahanından kəsilib və diplom ala bilməyib.
Cumhuriyyet.net xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 2022-2023-cü tədris ilində 7762 bakalavrdan 7532 tələbə dövlət imtahanında uğur qazanıb.
“Ali təhsil müəssisələrini bitirən 225 tələbə isə uğur qazanmayıb”, – nazirlikdən bildilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=196978