Türkiyə Ordusunun Suriya uğursuzluğu – Dəyişən məqsədlər və gözləntilər

06.09.2016 - 17:15

tank5Türkiyə Ordusunun avqustun 24-də  İŞİD-ə qarşı başladığı “Fırat Qalxanı” əməliyyatı davam etməkdədir. Türkiyə Ordusu Suriyaya silahlı müdaxilə ilə aparılan mübarizədə özünü Azad Suriya Ordusu adlandıran silahlı birliklərin gücündən də yararlanır.

Azad Suriya Ordusu Əsəd rejminə və İŞİD-ə qarşı mübarizə aparan qüvvələr kimi tanınsa da, aralarında terrorçu təşkilatlarla işbirliyində olan qüvvələr də var olmaqdadır. Əl-Qaidə terror təşkilatının keçimiş qolu Fetih əl Şam qruplaşması hazırda ASO tərkibində savaşmaqdadır. ASO tərkibində vuruşan digər qruplaşma Nürəddin Zəngi Briqadası isə daha əvvəl 13 yaşlı uşağın başını kəsmə görüntülərini fəxrlə nümayiş etdirmişdi. Qərb bu hadisədən sonra müttəfiqi sayılan ASO ilə əlaqələri dondurduğundan, ASO Türkiyə ilə əlaqələrini daha da genişləndirdi.

Əsl məqsəd nədir?

Əməliyyatların başladıqdan sonra Türkiyə Ordusu sürətlə Cerablus istiqamətində irəlilədi. Cerablus istiqamətində YPG ilə qızğın döyüşdə olan İŞİD-in anidən geri çəkilməsi və Türkiyə Ordusunun İŞİD-ə yox, kürd qüvvələrinə qarşı vuruşları davam etdirməsi “Fırat Qalxanı” əməliyyatının məqsədlərini şübhə altına aldı. Türkiyə Ordusunun Cerablusa müdaxiləsi İŞİD-ə qarşı mübarizədən daha çox Suriyanın şimalında iki kürd anklavının birləşməsinə maneə kimi göründü.

Əgər Cerablus YPG tərəfindən alınsaydı bu halda PKK ilə asanlıqla birləşmək olardı. Ardınca Türkiyə Ordusu birləşmiş kürd qüvvələri ilə mübarizə aparmaq məcburiyyətində qala bilərdi. Türkiyənin hazırkı əməliyyatla sırf bu birləşməni önlədiyi açıq göründü.

Türkiyənin bu planı o qədər açıq görünürdü ki, ABŞ-ın müdaxiləsi və planı önləməsi uzun zaman çəkmədi. Səhər başlanan “Fırat Qalxanı” əməliyyatından saatlar sonra Türkiyədə səfərdə olan ABŞ vitse-prezidenti Joe Biden kürdlərin Fərat çayının sağ qoluna çəkilməsini tələb etdi. Biden bununla sonradan Türkiyəyə tərəf meyillənən ASO ilə YPG-nin toqquşmasının qarşısını almağı düşünürdü. İndiyənə qədər İŞİD-ə qarşı vuruşan iki qüvvənin bir-biri ilə savaşa girməsi yalnız İŞİD-in məqsədinə yarayacaqdı. Türkiyənin bu məsələdə ASO-nu YPG ilə savaşa təhrik etməsi isə, əslində özü üçün də təhlükəli və şübhəli görülə biləcək qərar idi. Çünki bu halda Türkiyənin düşmən elan etdiyi İŞİD daha da güclənəcək və bir-biri ilə mübarizədə güc itirən düşmənlərinə qarşı daha rahat mübarizə aparacaqdı. ABŞ isə etdiyi siyasi müdaxilə ilə Türkiyəni açıqlanmamış məqsədlərdən yayındırdı.

Türkiyəyə sətiraltı xəbərdarlıqlar

Kürdlər Fəratın sağ sahilinə çəkildikdən sonra ABŞ polkovniki  John Thomas YPG ilə Türkiyə Ordusu arasında loose agreement (şifahi razılıq) bağlandığını bəyan etdi. Bu açıqlama ABŞ-ın Türkiyəni öz “gizli” mövqeyindən yayındırdığına işarə idi. Həmçinin bununla ABŞ kiçik rəsmisi – polkovniki timsalında olsa belə Türkiyənin savaş açdıqları terrorçularla barışmağa məcbur olduqlarını bəyan etməklə Türkiyə Ordusunu alçaltmış oldu. Türkiyənin prezident köməkçisi Qalının məsələyə sərt reaksiyası və belə bir razılaşmanı inkar etməsinə baxmayaraq növbəti günlərdəki həqiqət Türkiyə üçün daha alçaldıcı oldu. Türkiyə Ordusunun kürdlərlə savaşı dayandırdığı və İŞİD-ə qarşı vuruşduğu açıq şəkildə görüldü. Bu isə o demək idi ki, Türkiyə Ordusu öz “gizli” məqsədinə nail olmaq istərkən tələyə düşmüş, ABŞ-ın təhriki ilə həqiqətən də İŞİD-ə qarşı vuruşmaq məcburiyyətində qalmışdı. Bu isə kürdlərin İŞİD-ə qarşı vuruşmamaması və gücünü qoruması ilə nəticələndi.

Ardından İranın XİN köməkçisi Bahram Ghasemi-nin “Terrorla mübarizə hər bir ölkənin haqqı olsa da, başqa bir dövlətin razılığı olmadan onun ərazisində aparılmasına haqq qazandırıla bilməz” açıqlaması Türkiyə üçün növbəti “qulaqburması” oldu. Bu, Türkiyənin Suriyadakı əməliyyatının terrorla mübarizə olmaması anlamına gəlirdi.

Türkiyənin dəyişdirilən mövqeyi və gözlətilər

ABŞ və İranın siyasi müdaxiləsindən sonra Türkiyənin yalnız İŞİD-lə mübarizəyə köklənməsi gələcək üçün iki məsələni aktual edir. Türkiyə Ordusunun İŞİD-lə mübarizəsi kürd silahlı birləşmələrinin üstündən bu yükü götürmüş olacaq. Bu imkan yaradacaq ki, YPG daha da güclənsin və PKK ilə birləşmək üçün yeni planları gözdən keçirsin.

Türkiyə Ordusu isə ASO ilə birləşdikdən sonra İŞİD-lə də iş birliyinə getmək məcburiyyətində qala bilər. Belə ki, Türkiyənin hazırda İŞİD-lə mübarizəsi yalnız kürdlərin işinə yarayır. Türkiyə bununla kürdlərin işini asanlaşdırmaqla bərabər həm də İŞİD-lə mübarizdən dərhal sonra kürdlərə qarşı da cəbhə açmaq məcburiyyətində qalacaq. Bu isə strateji cəhətdən tam uğursuz davranışdır. Hazırkı vəziyyətdə Türkiyə Ordusu bataqlığa yuvarlanmış kimi görünür və hər bir davranış gələcək üçün önəm daşıyır.

Buna görə də Türkiyə qarşıdakı günlərdə İŞİD-ə qarşı mübarizəni zəiflədə, yaxud da İŞİD-lə gizli anlaşmaya gedərək onu kürdlərə qarşı mübarizə təhrik etmək və Suriyada Türkiyənin maraqlarını təmin etmək şərtləri ilə silahlandıra bilər.

“MİT Tırları” qalmaqalından sonra Türkiyənin İŞİD-lə razılığa gələ bilməsi qeyri-real görünmür və hazırkı vəziyyət Türkiyəni buna təhrik edir. Bütün bunlar baş verəcəyi halda isə Suriya məsələsində maraqlı olan digər dövlətlərin Türkiyəyə təzyiqi daha da artacaqdır.

Rahim Şaliyev

24saat.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=75364

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930