Gələn il Qarabağda yeni müharibə riski var…

15.12.2016 - 12:43

ABŞ-ı nüfuzlu xarici əlaqələr Şurası (Council on Foreign Relations) gələn il Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların yenidən başlayacağını proqnozlaşdırır.

Virtualaz.org xəbər verir ki, Şuranın analitiklərinin gələn il üçün mümkün hərbi risklər və bunun ABŞ-a mümkün təsirləri barədə hesabatında belə deyilir.

“Vasitəçilik səylərinin tamamilə iflasa uğraması, silahlanma yarışı və atəşkəsin tez-tez pozulması şəraitində Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlanması riski daim artır”-hesabatda deyilir.

Amerikalı analitiklərə görə əgər effektiv vasitəçilik səyləri göstərilməsə atəşkəsin pozulması və yeni impuls qazanan gərginlik Qarabağ münaqişəsini yenidən alovlandıracaq. Nəticədə Cənubi Qafqazda stabillik təhdid altında qalacaq. “Bu, həmçinin ABŞ-ın iqtisadi maraqlarına və dünya neft bazarlarına da təsir göstərə bilər”-hesabatda vurğulanır. Belə ki, analitiklər yeni mühairbə nəticəsində Azərbaycanın neft-qaz ixracının dayana biləcəyini istisna etmirlər.

Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması riskini gələn ilin mümkün təhdidləri sırasına aid etsələr də analitiklər bunun Birləşmiş Ştatlara təsir səviyyəsinin o qədər də yüksək olmayacağını qeyd edirlər. ABŞ üçün ən ciddi hərbi təhdid isə Rusiya ilə NATO arasında mümkün hərbi toqquşma ola bilər.

“NATO üzvlərindən biri ilə Rusiyanın Şərqi Avropa istiqamətində aqressiv davranışları nəticəsində ya bilərəkdən, ya bilməyərəkdən toqquşmanın başlaması 2017-ci ilin başlıca təhdididir”-hesabatda deyilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=84459

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930