Təhsilə ianə edilməsi formaları AÇIQLANDI

08.09.2022 - 11:38

Təhsilin İnkişafı Fondu ölkə ərazisində və xaricdə yaşayan fiziki və hüquqi şəxslərə fondun saytından istifadə etməklə təhsil üçün ianələr edilməsinə imkan yaradacaq.

 

Cumhuriyyet.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda bildirib.

 

Qurum rəsmisi deyib ki, öncə Təhsilin İnkişafı Fonduna, ikincisi hər hansı konkret tematik layihə üçün (məsələn, inklüziv təhsil, qızların təhsili, STEAM, infrastruktur və s.) daha sonra isə öz məktəbinə ianə etmək yolu ilə mümkündür:

 

“İanələri edən fiziki və hüquqi şəxslər açıq və ya anonim şəkildə qala bilər. 1000 manat və aşağı məbləğdə ianə edənlərə elektron sertifikat, 1000 manat və daha artıq məbləğdə ianə edənlərə isə TİF ofisinə dəvət olunmaqla kağız sertifikat təqdim edilə bilər. Qeyri-maddi vəsaitlə ianə edən fiziki və ya hüquqi şəxslərə tərəfdaş sertifikatları təqdim edilə bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181623

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930