Deputat: Sertifikasiyada 11 min müəllimdən 2800-ü imtahandan keçmədi

06.06.2023 - 13:44

“Ötən il sertifikasiyada 11 min müəllimdən 2800-ü imtahandan keçmədi. İmtahandan keçənlərdən isə 50 +1 bal toplayanları çox az idi”.

Cumhuriyyet.net xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Etibar Əliyev deyib.

Deputat bildirib ki, dövlət büdcədən pilot proqramların həyata keçirilməsinə vəsait ayrılır: “Amma bunun nəticəsi barədə məlumat olmur. Pilot dövlət proqramlarının çoxu təhsil sahəsinə aiddir. Digər tərəfdən, hər bir xalqın milli ensiklopediyası həmin xalqın sərvətidir. Büdcədən Milli Ensiklopediyaya ayrılan pula qənaət edilib, amma satışda Milli Ensiklopediya yoxdur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191950

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930