Leyla Yunus İlham Əliyevə yol göstərdi

29.07.2014 - 23:19
“Tarixdə ölkəsini qana bulayan diktator və tiran kimi deyil, tolerant və praqmatik siyasətçi kimi qalmaq olar”

 

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus ölkə başçısı İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:  

Cənab prezident, 

Bəsdir vahimələndiniz. Sizi gerçək olaraq izahedilməz qorxu və
həyacan basıb. Nədən belə qorxursunuz? Doğrudamı bu gənclər – blogerlər,
NİDA fəalları hakimiyyətinizə belə təhlükə yaradır ki, hər gün yeni
gənclər həbs olunur?! 

Siz bilirsiniz onların valideynləri hər saat yaxınlarınıza nələr arzu edir? 

Parlaq ziyalılar olan Yadigar Sadıqlı və Həsən Hüseynli “xuliqan” oldu! 

Müxtəlif ölkələrin və xalqların tarixində analoji yaxud daha sərt repressiyalar təkrarlanıb. Nəticə birdir. 

Gözəl anlayıram – arxalanacağınız, güvənəcəyiniz heç kim yoxdur.
Bəli, nəhəng inzibati resurs, HEÇ BİR məhdudiyyəti olmayan hakimiyyət,
böyük pullar var. Ancaq bununla yanaşı yanınızda intellektdən məhrum,
yalnız maddi rifahlarının qayğısına qalan yaltaq oğrulardır. Belə
adamlar sadiq dost ola bilməz. Onlar ilk təhlükədə nəinki Sizi satacaq,
eyni zamanda prezident kreslosu uğrunda mübarizədə qardıdurmada olan
qruplaşmaların hansını dəstəkləməli olduğunu götür qoy edəcəklər. Bunu
mənim kimi Siz də yaxşı bilirsiniz. 

Bu sadəcə çöz deyil: “Yüz manatın olmaqdansa, yüz dostun olsun”. Dost
sənin bayramlarında rəqs edən adam deyil. Dost – rejiimin zəncirli
itləri üsütnə cumanda yanında olan, çiyin çiyinə dayanan, səninlə birgə
parçalanmaqdan qorxmayandır. Sizə yazığım gəlir. Siz heç vaxt əsl
dostluğun nə olduğunu bilməmisiniz. 

Özünüzü ələ alın. Dayanmaq heç vaxt gec deyil. Yalnız o dünyadan dönüş yoxdur.

Emosiyalara qapılıb Sizi qıcıqlandıranlara, öz əllərinizlə boğmaq istədiklərinizə divan tutmağı tələb etmək lazım deyil. 

Düşünün, axı tarixdə ölkəsini qana bulayan diktator və tiran kimi deyil, tolerant və praqmatik siyasətçi kimi qalmaq olar. 

İndi, bu gün göstərişinizlə həbs edilən BÜTÜN günahsızları azad edin. 

Seçim Sizindi…

Leyla Yunus

Short URL: http://www.cumhuriyyet.net/?p=10214

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31